Azərbaycan İdeyası

Hacıbala Abutalıbov Lütfi Zadə haqqında danışdı

Tarix:15-09-2017, 14:29
Baxış Sayı:546

  Hacıbala Abutalıbov Lütfi Zadə haqqında danışdı

Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov ABŞ-da vəfat edən görkəmli azərbaycanlı alim Lütfi Zadənin nəşinin Bakıya nə vaxt gətiriləcəyi ilə bağlı məsələyə münasibət bildirib.

Moderator.az xəbər verir ki, H.Abutalıbov Ölkə.Az-a deyib ki, hazırda bu istiqamətdə lazımi işlər görülür: “Lütfi Zadənin nəşinin nə vaxt Azərbaycana gətiriləcəyi barədə hələlik məndə dəqiq məlumat yoxdur. Ancaq bu istiqamətdə lazımi işlər görülür. Lütfi Zadənin nəşi Azərbaycana gətirilən kimi hər şey ən yüksək səviyyədə həll olunacaq. Mərhumun məzar yeri də I Fəxri Xiyabanda tam hazırdır. İndi Lütfi Zadənin qohumu da yanımdadır. Mərhumun ölümü ilə bağlı sənədi gətirib. Hazırda həmin sənədlərlə tanış oluram”.

H.Abutalıbov Bakının Xaqani küçəsində yerləşən “26” - “Twenty six” adlı kafenin bağlanılması ilə əlaqədar ona qarşı səsləndirilən ittihamlara cavab vermək istəməyib: “İndi bu barədə danışmaq istəmirəm. Xahiş edirəm ki, bunu nəzərə alın”.

Xatırladaq ki, dünya şöhrətli azərbaycanlı alim, qeyri-səlis çoxluqlar nəzəriyyəsinin və qeyri-səlis məntiqin banisi, Kaliforniya Universitetinin professoru Lütfi Zadə sentyabrın 6-da dünyasını dəyişib.

OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan nefti BAHALAŞIB
Azərbaycan nefti BAHALAŞIB
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Konqoda Eboladan ölənlərin sayı açıqlandı
Konqoda Eboladan ölənlərin sayı açıqlandı