Azərbaycan İdeyası

Bu il qanunsuz ov edənlərdən 90 tüfəng müsadirə olunub

Tarix:17-10-2017, 12:23
Baxış Sayı:632

Bu il qanunsuz ov edənlərdən 90 tüfəng müsadirə olunub



“2017-ci ilin 9 ayı ərzində keçirilən reydlər zamanı qanunsuz ovla məşğul olan 110 vətəndaş saxlanılaraq, onlardan 90 ov tüfəngi, 396 patron, 22 ədəd quş və 10 baş heyvan götürülüb”.
Bu məlumatı Modern.az-ın sorğusuna cavab olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf mühitin mühafizəsi departamentinin sektor müdiri Raquf Mirzəyev deyib:
“Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən “Ovçuluq haqqında” və “Heyvanlar aləmi haqqında” qanunların tələblərinə əməl olunması vəziyyətinin araşdırılması, respublika ərazisində çöl quşları və vəhşi heyvanların qanunsuz ovlanması, saxlanması hallarının qarşısının alınması məqsədilə mütəmadi olaraq reydlər keçirilir.
2017-ci ilin 9 ayı ərzində keçirilən reydlər zamanı qanunsuz ovla məşğul olan 110 vətəndaş saxlanılaraq, onlardan 90 ov tüfəngi, 396 patron, 22 ədəd quş və 10 baş heyvan götürülüb. Qanun pozucuları barədə protokollar tərtib edilərək 98 nəfərə 95790 manat məbləğində inzibati qaydada cərimə və iddia tətbiq olunub. 13 fakt üzrə isə təqsirkarların şəxsiyyətinin müəyyənləşdirilməsi üçün aidiyyatı rayon polis orqanlarına müraciət edilib”.
R.Mirzəyev həmçinin vəhşi təbiətdən qanunsuz götürülən quş və heyvanların qeyri-sərbəst şəraitdə qəfəsdə saxlanılmasından da söz açıb:
“Eyni zamanda cari ilin ötən dövrü ərzində keçirilən reydlər zamanı ayrı-ayrı ictimai iaşə obyektlərində vəhşi təbiətdən qanunsuz götürülən quş və heyvanların qeyri-sərbəst şəraitdə qəfəsdə saxlanılması ilə bağlı 8 fakt aşkar edilib. Faktla bağlı qanun pozucuları barədə protokollar tərtib edilərək hər biri inzibati qaydada 500 manat məbləğində cərimə olunub. Vəhşi quş və heyvanlar götürülərək Altıağac Milli Parkının nəzdində fəaliyyət göstərən Vəhşi Təbiətin Bərpası Mərkəzi və Reabilitasiya Mərkəzinə təhvil verilib. Qanunsuz ov hallarının qarşısının alınması məqsədilə reydlər davam edir”

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı