Azərbaycan İdeyası

Ağcəbədidə gələcəyin müəllimləri qul əməyinə cəlb edilib-PAMBIQ TARLALARINDA

Tarix:18-10-2017, 13:06
Baxış Sayı:513

 Ağcəbədidə gələcəyin müəllimləri qul əməyinə cəlb edilib-PAMBIQ TARLALARINDA


Çoxlarınız yəqin ki, ötən əsrdə – yenidənqurma zamanı böyük cinayət prosesi “pambıq işi” haqda eşitmisiniz.
Bilirsiniz, bu necə və nə vaxt baş verib? Təxminən 23 il əvvəl – 1991-ci il dekabrın 25-də.

Özbəkistan prezidenti İslam Kərimov “özbək işi” ilə bağlı həbs olunaraq cəzalarını respublika ərazisində çəkənlərin hamısınlı əfv edib.

İndi Özbəkistanda o tarixi belə qiymətləndirirlər: “80-ci illərin sonlarında “pambıq işi” uydurulmuşdu, “özbək işi” kimi də adlanırdı və özbək xalqının mənliyinin aşağılanmasına səbəb olmuşdu.

O zaman baş verənləri SSRİ-nin elə bir yeri olmazdı ki, bilməsin. Pambıq əkini, məhsul yetişəndə elliklə hamının “ağ qızıl” tarlalarına məcburən göndərilməsi bir ənənəyə çevrilmişdi.

Pambıq yığımı zamanı toy etmək belə, qadağan olunurdu. “Ağ qızıl” o çağlarda hər kəsin ömründə ağ xatirələrlə qalmırdı, sosializm yarışında geridə qalan, planı artıqlamasilə yerinə yetirməyənlərin ömrünə qara səhifələr yazılırdı.

OperativXeber.az Obyektiv.org-a istinadən bildirir ki, Azərbaycan Müəllimlər İnstitunun Ağcəbədi filialının tələbələrinin belləri hazırda pampıq tarlalarında bükülür.

Təhsil ocağının rəhbəıri soruşanda deyir ki, icra başçısı Şahin Məmmədovun əmridi.

Eləcə də bildirilir ki, verilən məlumat yalandı. İcra başçısı belə bir əmr verməyib.

Məsələ ondadır ki, icra başçısının müavini Rövşən Əhmədov və filialın direktoru Mətanət Fərzəliyeva şərikli becərdikləri pambıq sahələrindən məhsulu pulsuz yığmağa qərar veriblər.

Ona görə tələbələrin qul əməyindən istifadə edirlər.

OXŞAR XƏBƏRLƏR
Zakir Həsənov: "Üçtərəfli görüş dostluq, tərəfdaşlıq və strateji səviyyəli dialoqun bariz nümunəsidir"
Zakir Həsənov: "Üçtərəfli görüş dostluq, tərəfdaşlıq və strateji səviyyəli dialoqun bariz nümunəsidir"
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri mühüm sənədi imzaladılar
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri mühüm sənədi imzaladılar
Ermənistanın ABŞ-dəki səfiri: "TRIPP layihəsinin inşası 2027-ci ilin əvvəlində başlayacaq"
Ermənistanın ABŞ-dəki səfiri: "TRIPP layihəsinin inşası 2027-ci ilin əvvəlində başlayacaq"
Azərbaycan Prezidenti: "Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək"
Azərbaycan Prezidenti: "Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək"
Prezident İlham Əliyev: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"
Prezident İlham Əliyev: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"
Prezident İlham Əliyev: "İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Video
Prezident İlham Əliyev: "İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Video
Azərbaycan Prezidenti: "Müasir ideoloji işlər aparılmalıdır"
Azərbaycan Prezidenti: "Müasir ideoloji işlər aparılmalıdır"
Bu şəxslərlə vergi ilə bağlı şad xəbər: Güzəşt ediləcək şəxslər... - Siyahı
Bu şəxslərlə vergi ilə bağlı şad xəbər: Güzəşt ediləcək şəxslər... - Siyahı