Azərbaycan İdeyası

Akif Çovdarov həbsdən qurtulmaq yolları arayır

Tarix:14-02-2018, 12:40
Baxış Sayı:380

Akif Çovdarov həbsdən qurtulmaq yolları arayır

Həbsdəki general çeşidli xəstəlikləri haqda sənədlər ortaya qoyub
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi Akif Çovdarovun səhhətində problemlərin olması məsələsi yenidən gündəmə gəlib. Onun vəkili Sadiq Rəsulov deyib ki, Akif Çovdarov Bakı İstintaq Təcridxanasının tibb məntəqəsində saxlanılır.
“Ürəyinin çox zəif olması üzündən Akif Çovdarov iki dəfə kardioloji müayinədən keçirilib. Onu həm Kardiologiya İnstitutunun mütəxəssisi, həm də tibb məntəqəsinin özünün dəvət etdiyi mütəxəssis müayinə edib. Müayinələrin nəticələri Almaniyaya - Akif Çovdarovun şəxsi həkiminə göndərilib. Almaniyadan aldığımız cavaba əsasən, hazırda xəstənin vəziyyəti ağırdır və Almaniyada yerləşən klinikada uzunmüddətli müalicə tələb olunur ki, bu da hazırkı vəziyyətdə qeyri-mümkündür”, - vəkil virtualaz.org-a bildirib.

Əlavə edib ki, Bakı İstintaq Təcridxanasının tibb məntəqəsində kardioloq olmadığı üçün hazırda Akif Çovdarov “özü bildiyi kimi” müalicə olunur və tibbi preparatlardan istifadə etməklə sağ qalmağa çalışır.

Akif Çovdarov həbsə alınandan sonra aydın olmuşdu ki, mədəsi amputasiya olunduğuna görə qida borusu birbaşa bağırsağa bilrləşdirilib, ürəyindən əməliyyat olunub. Bu əməliyyatlar Akif Çovdarov MTN-ə yeni qədəm basdığı 2005-2006-cı illərə təsadüf edib. Buna baxmayaraq, o, xəstə olduğuna görə gedib müalicəsi ilə məşğul olmayıb, işdə qalıb. Bu gün ittiham aktında yer alan və almayan cinayətlərin bir çoxunda əsas şəxs olub. 15 noyabr 2015-ci ildə həbsə alınandan sonra Bakı İstintaq Təcridxanasına köçürüləndən az sonra Akif Çovdarov çeşidli xəstəlikləri haqda sənədlərini ortaya qoyub və o gündən İstintaq Təcridxanasının tibbi-sanitar hissəsində saxlanılmaqdadır.
Həbsə düşəndən sonra xəstəlikləri yadına düşən təkcə Akif Çovdarov deyil. Onun iş yoldaşı, general Sübahir Qurbanov da həbsə düşən kimi xəstəliklərini xüsusi qabartmaqla barəsində həbslə əlaqəli olmayan tədbir seçilməsini tələb edirdi. Bu adamlar vəzifədə olduqları illərdə xəstə olublar, amma xəstəliklərini əsas gətirib işdən çıxmaq istəməyiblər. Nədən həbsə düşən kimi xəstə olduqları yadlarına düşüb? Bu təsadüfüdir? Əlbəttə ki, yox. Azadlığa çıxmaq üçün aranan yollardan biri də xəstəliyi əsas gətirməklə cəzadan yayınmaqdır. Ləğv edilmiş MTN-in sabiq generalları da bunu bilməmiş deyillər.
Həbs edilənə qədər Milli Təhlükəsizlik Nazirliyində Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin rəisi vəzifəsində çalışmış Akif Çovdarovun adı “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun qətl işinə, “Azadlıq” qəzetinin əməkdaşı Aqil Xəlilin döyülməsinə, bıçaqlanmasına, Beynəlxalq Universitetin prorektoru Mahir Abdullayevin oğurlanması olayına qarışmışdı. Həbsə alınandan sonra sadalanan hadisələrlə bağlı ittihamlar olmadı, bu mövzularla bağlı Akif Çovdarovun sorğulanması haqda məlumatlar açıqlanmadı.

OXŞAR XƏBƏRLƏR
Qəzet Ədliyyə Nazirliyinin apardığı araşdırmanın nəticəsi əsasında təsdiqlənən faktları ictimailəşdirdiyinə görə məhkəməyə verildi.
Qəzet Ədliyyə Nazirliyinin apardığı araşdırmanın nəticəsi əsasında təsdiqlənən faktları ictimailəşdirdiyinə görə məhkəməyə verildi.
Paşinyan Aİİ-nin Qırğızıstanda keçiriləcək iclasında iştirak etməyəcək
Paşinyan Aİİ-nin Qırğızıstanda keçiriləcək iclasında iştirak etməyəcək
12 günlük müharibədən sonra İLK DƏFƏ - İran ballistik raketlər ATDI
12 günlük müharibədən sonra İLK DƏFƏ - İran ballistik raketlər ATDI
İlham Əliyev, Donald Tramp, Nikol Paşinyan Birgə Bəyannaməni imzalayıb - YENİLƏNİB, TAM MƏTN+FOTO
İlham Əliyev, Donald Tramp, Nikol Paşinyan Birgə Bəyannaməni imzalayıb - YENİLƏNİB, TAM MƏTN+FOTO
Milli Qəhrəman Hökumə Əliyevanın doğum günüdür
Milli Qəhrəman Hökumə Əliyevanın doğum günüdür
Arif Babayev dəfn edildi - Fotolar - Yenilənib
Arif Babayev dəfn edildi - Fotolar - Yenilənib
Elşad Abdullayevin Respublikaya gətirilməsi MÜTLƏQ BAŞ TUTACAQ
Elşad Abdullayevin Respublikaya gətirilməsi MÜTLƏQ BAŞ TUTACAQ
Azərbaycanda iki dərman vasitəsində qüsurlar aşkarlanıb, geri çağırılıb
Azərbaycanda iki dərman vasitəsində qüsurlar aşkarlanıb, geri çağırılıb