Azərbaycan İdeyası

EHTIYATA BURAXILMIŞ HƏRBI QULLUQÇULARA ISTIFADƏ ETMƏDIKLƏRI MƏZUNIYYƏT VƏ ƏŞYA ƏMLAKI ƏVƏZINƏ PUL KOMPENSASIYALARI NIYƏ ÖDƏNILMIR? *

Tarix:5-04-2018, 11:58
Baxış Sayı:273

KİV-də hərbi xidmət dövründə istifadə edilməyən məzuniyyətlər və əşya əmlakı əvəzinə pul kompensasiyasının ödənilməməsi barədə məlumatlara hələ də rast gəlinir. Artıq neçənci dəfədir ki, bu barədə redaksiyamıza müraciətlər daxil olur.
Qazax şəhəri, Dəmiryol binası, ev 1, mənzil 37 ünvanda qeydiyyatda olan, Ağstafa rayonunun Kolayır kənd sakini Hüseynov cavid Hacı oğlu redaksiyamıza ərizə ilə müraciət edərək bildirir ki, 2012-ci ildə Silahlı Qüvvələrin təlim və tədris mərkəzində kurs keçərək baş aşpaz ixtisasına yiyələnmiş və o vaxtdan 2017-ci ilədək Milli Ordunun müxtəlif hərbi hissələrinin ayrı-ayrı tabor və divizionlarında müddətdən artıq hərbi xidmət hərbi qulluqçusu kimi aşpaz vəzifəsində çalışmışdır. İşlədiyi müddətdə hətta yeməkxanaların cari təmirinə öz şəxsi vəsaiti ilə xərc də çəkmişdir. Yazdığına görə axırıncı xidmət etdiyi 193 saylı hərbi hissədə isə tabor komandiri mayor Əkbər Hüseynov isə ona təzyiq göstərərək, yeməkxananı təmir etdirməyə, hətta postlara inventar almağa məcbur etmiş, əks təqdirdə ona qarşı cinayət işi açdıracağı ilə hədələmiş, ən nəhayət, heç bir tutarlı əsas olmadan işdən çıxarmışdır. Ərizəçi bildirir ki, ona hətta son haqq-hesabı, istifadə olunmamış məzuniyyətlərə görə konpensasiya məbləğini və "paltar pulu"nu da vermək istəmirlər. Odur ki, məsələnin araşdırılaraq KİV-də icytimailəşdirilməsini xahiş etmişdir.
C. Hüseynovun öz ərizəsinə qoşma etdiyi hərbi biletinin surətindən görünür ki, onu "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin "c" bəndinə (xidməti uyğunsuzluğa görə" müvafiq olaraq 193 nömrəli hərbi hissə komandirinin əmri ilə 25.03.2017-ci il tarixdə ehtiyata buraxılıb.
Əlbəttə, mayor Əkbər Hüseynovun əsgər Cavid Hüseynovun işində məhz nəyi "xidməti uyğunsuzluq" hesab etməsini araşdırmağa çalışacağıq. Təxmin edirik ki, bu məsələyə tərəflərin fərqli baxışları ola bilər. Amma müddətdən artıq hərbi xidmət qulluqçusu kimi Cavid Hüseynovun ehtiyata buraxılarkən almalı olduğu əşya əmlakı əvəzinə pul kompensasiyasının ödənilməməsinin səbəbini Müdafiə Nazirliyinin Əməliyyat Baş İdarəsindən öyrənməyə çalışacağıq.
Xatırladaq ki, ehtiyata və istefaya buraxılmış hərbi qulluqçulara istifadə edilməmiş məzuniyyətə görə kompensasiyanın hesablanması və ödənilməsi qaydaları 22 may 2015-ci ildə təsdiq olunub. Kompensasiyanın məbləğinin müəyyən edilməsi üçün müraciət edildiyi vaxtda mövcud olan vəzifə maaşının, rütbəyə görə maaşın, xidmət illərinə görə əlavənin məbləği ayın təqvim günlərinin orta illik miqdarına (30,4 günə) bölünür və alınmış məbləğ istifadə edilməmiş məzuniyyət müddətinin təqvim günlərinin sayına vurulur. Həmçinin, kompensasiyaların verilməsi üçün əsas sayılacaq sənədlər itdikdə, yanğın və s. səbəbdən məhv olduqda istifadə edilməyən növbəti məzuniyyət günləri hərbi hissənin nizami hissə üzrə əmrlər kitabları, paylama cədvəlləri, attestasiya vərəqələri və digər sənədlər əsasında müəyyən edilməlidir.

Korrupsiya və Qanun [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Dəhşətli qəzaya düşmüş tanınmış teleaparıcı evə buraxılıb
Dəhşətli qəzaya düşmüş tanınmış teleaparıcı evə buraxılıb
Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində itkin düşən vətəndaşlarımızın yeni sayı açıqlanıb
Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində itkin düşən vətəndaşlarımızın yeni sayı açıqlanıb
Azərbaycanda hakim intihar etdi
Azərbaycanda hakim intihar etdi
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Biləsuvarda kişi çalışdığı mağazada ölüb