Azərbaycan İdeyası

Yasamalın icra başçısı narkomanlar tərəfindən döyüldü… – İDDİA

Tarix:12-04-2018, 11:50
Baxış Sayı:488


 Yasamalın icra başçısı narkomanlar tərəfindən döyüldü… – İDDİA
Sadıq Yarıyevin verdiyi məlumata istinadla xəbər verir ki, Yasamal rayonunda kanalizasiya xətlərinin partlaması vətəndaşların buna laqeyid yanaşan İcra orqanlarına qarşı etiraz etməsinə səbəb olub. Belə ki, Alatava adlanan ərazidə köhnəlmiş kanalizasiya xətlərinin dəyişilməsi proqramına daxil olan adreslərdə aparılan iş nəticəsində vətəndaşın evi qəzalı hala salınıb. Bundan hiddətlənən vətəndaş icraçılarla söyüşüb. İcraçılarla vətəndaş arasında yaşanan qarşı durmadan xəbər tutan Yasamal Rayon İcra başçısı Əziz Əzizov hadisə yerinə gəlib. İcra başçısı ilə həmsöhbət olan zərər çəkmiş əsəblərinə hakim ola bilməyərək icra başçısına hücum çəkdiyi qeyd edilir. Hadisə şahidi olan etibarlı mənbənin məlumatına görə, onuda qeyd etdi ki, qəzəbin heç cür soyuda bilməyən vətəndaş icra başçısını təhqir edərək onunla əlbəyaxaya çıxıb. Mənbənin iddiasına görə, polis tərəfindən hadisənin qarşısı alınaraq həmin vətəndaş polis idarəsinə aparılıb. Məlum olub ki, həmin vətəndaş illərdir narkotik aludəçisidir. Yayılan məlumatda oda qeyd edilir ki, üz sifətindən xəsarət alan icra başçısı bir neçə gün işə çıxa bilməyib.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı