Azərbaycan İdeyası

Keçmiş icra başçısı vəfat etdi

Tarix:23-04-2018, 15:22
Baxış Sayı:351

Keçmiş icra başçısı vəfat etdiq.az/uploads/posts/2018-04/1524482381_ib.jpg[/thumb]
Yardımlı rayon İcra Hakimiyyətinin sabiq başçısı Nizami Hüseynov 66 yaşında dünyasını dəyişib.

Qaynarinfo xəbər verir ki, mərhumun vəfat etməmişdən öncə insult keçirdiyi bildirilir.

Hüseynov Nizami Səfər oğlu 1952-ci ildə iyul ayının 22-də Lerik rayonunun Züvüç kəndində anadan olub. O,1958-ci ildə Züvüç kənd səkkizillik natamam orta məktəbinin 1-ci sinfinə daxil olub, 1966-cı ildə həmin məktəbi bitirib.

Nizami Hüseynov 1972-ci ildə Neft-Kimya İnstitutunun Energetika fakültəsinin axşam şöbəsinə daxil olur. 1973-1975-ci illərdə hərbi xidmət keçir, 1981-ci ildə ali təhsilini tamamlayır. Axşam şöbəsində oxuduğu üçün həm də işləmək imkanı var idi. O,1976-1992-ci illərdə Sumqayıt şəhər 49 saylı orta –ixtisas məktəbində müəllim və direktor işləyib.

1992-1993-cü illər arasında Yardımlı rayonu İcra hakimiyyətinin başçısı vəzifəsində çalışıb. 1997-2005-ci illər arasında Sumqayıt Şəhər Elektrik Şəbəkəsi İdarəsində aparıcı mühəndis və satış rəisi işləyib. 2008-2010-cu illər arasında Cəlilabad rayonunun Elektrik Şəbəkəsi İdarəsində satış üzrə aparıcı mühəndis vəzifəsində çalışıb.

2013-cü ildən isə Biləsuvar rayonundakı Su Sistemlər İdarəsində mühəndis işləyirdi. O, uzun sürən xəstəlikdən sonra 2018-ci il aprel ayının 19-da dünyasını dəyişib.

Allah rəhmət eləsin.Keçmiş icra başçısı vəfat etdi

OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan nefti BAHALAŞIB
Azərbaycan nefti BAHALAŞIB
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Konqoda Eboladan ölənlərin sayı açıqlandı
Konqoda Eboladan ölənlərin sayı açıqlandı