Azərbaycan İdeyası

BDU-nun kafedra müdiri vəfat etdi

Tarix:17-05-2017, 11:37
Baxış Sayı:548

 BDU-nun kafedra müdiri vəfat etdi


Bakı Dövlət Universitetinin (BDU) kafedra müdiri vəfat edib.
Korrupsiya və Qanun saytının Report-a istinadən verdiyi məlumata görə, geologiya-mineralogiya elmləri namizədi, BDU-nun “Paleontologiya və tarixi geologiya” kafedrasının müdiri, dosent Həmid Hüseynov dünyasını dəyişib.
Qeyd edək ki, H.Hüseynov 1946-cı ilin sentyabrın 11-də Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Universitetinin (indiki BDU) geologiya-coğrafiya fakültəsini bitirib, mühəndis-geoloq ixtisasını alıb.
1968-1971-ci illərdə “Paleontologiya və tarixi geologiya” kafedrasının aspirantı olub, sonrakı illərdə müəllim, baş müəllim və dosent vəzifələrini tutub. 1975-1979-cu illərdə Fransa və Əlcəzair respublikalarında pedaqoq kimi çalışıb, Milli Neft və Qaz İnstitutunda (Əlcəzair, Bumerdes şəhəri) “Paleontologiya” və “Tarixi geologiya” fənlərindən mühazirələr oxuyub, milli geoloq kadrlar hazırlayıb.
1990-1992-ci illərdə BDU-nun prorektoru vəzifəsində işləyib.
2012-ci ildən “Ümumi və tarixi geologiya” kafedrasının müdiri olub.
1 monoqrafiya, 1 dərs vəsaiti, 1 dərslik, 5 metodik göstəriş, 100-ə yaxın məqalə və tezislərin müəllifidir.

OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan nefti BAHALAŞIB
Azərbaycan nefti BAHALAŞIB
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Konqoda Eboladan ölənlərin sayı açıqlandı
Konqoda Eboladan ölənlərin sayı açıqlandı