Azərbaycan İdeyası

““Azərenerji”ni məhkəməyə vermək üçün istehlakçı kifayət qədər sübutlar təqdim etməlidir”

Tarix:23-07-2018, 12:44
Baxış Sayı:562


  ““Azərenerji”ni məhkəməyə vermək üçün istehlakçı kifayət qədər sübutlar təqdim etməlidir”

İyulun 3-nə keçən gecə Mingəçevir İstilik Elektrik Stansiyasında (İES) qəza baş verməsi nəticəsində ölkədə ciddi enerji problemi yarandı. Elektrik enerjisinin olmaması səbəbindən sahibkarlara külli-miqdarda maddi ziyan dəydi.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Moderator.az-a açıqmasında bildirdi ki, sahibkarlar “Azərenerji”ni dəymiş ziyana görə məhkəməyə verib təzminat tələb edə bilərlər. Çox maraqlıdır ki, təcrübədə istehlakçı hər hansısa bir dövlət qurumunu dəymiş maddi ziyana görə məhkəməyə verərək qalib gəlibmi? Qurum sədri bu kimi halların baş verdiyini bildirdi:
“Biz Azad İstehlakçılar Birliyi olaraq “Azəriqaz” İstehsalat Birliyini qazımızın kəsilməsinə görə məhkəməyə verib qalib gəlmişik, hətta təzminat da almışıq. Eləcə də vətəndaşların müraciəti əsasında “Azəriqaz” və “Azərenerji”-ə qarşı bizim təşkilat vətəndaşların məhkəmə işini aparıb və qalib gəlmişik. Bunun üçün gərək kifayət qədər sübutlar olsun. Çox təəssüflər olsun ki, elektirik enerjisinin istifadə qaydalarında qeyd olunur ki, elektrikin gərginliyinin parametrlərinin dəyişməsi məsələsi təchizatçı tərəfindən qeydə alınır. Yəni təchizatçı təsdiq etməsə ki, flan saatda mənim elektrik xəttimdə dəyişiklər olmayıb, onda məhkmədə işə baxmaq mümkün olmayacaq. Bütün hallarda istehlakçılar akt tərtib edib, həmin anları qeyd edib məhkmədə təzminat tələb edə bilərlər”.

OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan nefti BAHALAŞIB
Azərbaycan nefti BAHALAŞIB
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Konqoda Eboladan ölənlərin sayı açıqlandı
Konqoda Eboladan ölənlərin sayı açıqlandı