Azərbaycan İdeyası

Əbülfəz Məlikovun bahalı alış-verişi - Gömrükdən oğurlanan pullar belə xərclənir...

Tarix:9-08-2018, 14:57
Baxış Sayı:270


 Əbülfəz Məlikovun bahalı alış-verişi - Gömrükdən oğurlanan pullar belə xərclənir...


Bir neçə gün əvvəl Əbülfəz Məlikovun qardaş Türkiyədə özünə qiyməti 1 milyon 350 avroya olan villa aldığı bildirilir
Uzun müddət Azərbaycan gömrüyündə meydan sulamış və nəticədə milyonlar əldə etmiş “TransBroker” MMC-nin sabiq rəhbəri Əbülfəz Məlikovla bağlı dia.az saytına maraqlı informasiya daxil olub. Belə ki, hazırda “Gilan” Holdinqdə şöbə müdiri kimi fəaliyyətdə olan Əbülfəz Məlikovun varidatının 200 milyon dollardan yuxarı olduğunu bildirən bilgili qaynağın iddialarına görə, artıq keçmiş baş broker pullarını müxtəlif yollarla ölkədən çıxarmağa başlayıb.
Xatırladaq ki, hələ xeyli əvvəlindən Əbülfəz Məlikovun barəsində hüquqi araşdırmaların aparıla biləcəyi haqda informasiyaları diqqətinizə təqdim etmişdik. Hazırda bu yöndə ciddi dəyişikliklər olmasa da, Məlikovun tədbirli davrandığı təəssüratı yaranır.
Məlumatlı mənbənin dia.az-a bildirdiyinə görə, bir neçə gün əvvəl Əbülfəz Məlikov qardaş Türkiyədə bahalı alış-veriş edib, daha dəqiqi, özünə qiyməti 1 milyon 350 avroya olan villa alıb.
Mənbə dia.az-a bildirir: “Türkiyənin məşhur turzm bölgəsi olan Antalyanın Kaş deyilən səmtində, Kalkan məhəlləsində yerləşən villa əslində satışa 2 milyon avroya çıxarılmışdı. Görünür, Əbülfəz Məlikov yaxşıca bazarlıq edib. Villanın 3 yataq otağı, 3 hamamı, böyük zalı və daha bir neçə əlavə otaqları var ki, bununla da Məlikovun özünə saray aldığını da deyə bilərik”.
Mənbə qeyd edir ki, əslində bu yolla Əbülfəz Məlikov Azərbaycan gömrüyündən illər ərzində oğurladığı pulları da rəsmiləşdirmiş, ölkədən çıxarmış olur: “Oğurluq pulları hələ çoxdur, yəqin daha bir neçə villanı da satın alacaq”.
İddia olunanlarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq...

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı