Azərbaycan İdeyası

Deputat bahalı villasından danışdı: Kişinin evi olar

Tarix:23-11-2015, 13:05
Baxış Sayı:389

 Deputat bahalı villasından danışdı: Kişinin evi olar



“Anamın atası imkanlı olub”.
Milli Məclisin hazırki deputatı, Hacı Allahşükür Paşazadənin qudası Qalib Salahzadə 6 milyon manata özünə yeni villa tikdirməsi ilə bağlı sosial şəbəkələrdə yayılan xəbərlərə aydınlıq gətirib.
"Korrupsiya və Qanun" saytına istinadən Oxu.Az xəbər verir ki, bu barədə AzVision.az-a açıqlama verən deputat həmin villanın ona məxsus olduğunu təsdiqləyib.
Q.Salahzadənin sözlərinə görə, sosial şəbəkələrdə fotosu yayılan villa 8 il əvvəl tikilib.
“Həmin ev Bilgəhdə yerləşir. Hazırda orada anam yaşayır. 8-10 il bundan qabaq tikilib. Orada hələ də təmir işləri davam etdirilir”.
Villanın ikilməsinə 6 milyon xərc çəkilməsi məsələsinə gəlincə, millət vəkili nə qədər xərc çəkildiyi barədə dəqiq rəqəm deyə bilməyəciyini deyib:
“Dəqiq deyə bilmərəm, amma evin tikilməsinə yüz faiz 6 milyon xərc çəkilməyib. Mən başa düşə bilmirəm ki, insanları mənim evim, maşınım niyə bu qədər maraqlandırır. Kişinin evi olar. Burada qəbahət varmı? Böyük bir vəzifəm olmayıb ki, onun hesabına ev tikim. Anamın atası imkanlı şəxs olub. Bu ev də ondan bizə qalıb”.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı