Azərbaycan İdeyası

Azərbaycanda növbəti bal yarmarkası keçiriləcək

Tarix:20-08-2018, 13:49
Baxış Sayı:415

   Azərbaycanda növbəti bal yarmarkası keçiriləcək

"Azərbaycanda bu il keçirilməsi planlaşdırılan bal yarmarkasının formatı ötənilki yarmarka ilə müqayisədə fərqli olacaq".
Korrupsiya-q.az xəbər verir ki, bunu Azərbaycan Arıçılar Assosiasiyasının sədri Bədrəddin Həsrətov bildirib.
"Builki yarmarka Qida Təhlükəsizliyi Agentliyi ilə birgə keçiriləcək. Qurum satışa çıxarılacaq baldan nümunələr götürərək analiz edəcək. Yarmarka məsələsi kənd təsərrüfatı naziri İnam Kərimovla görüşdə də müzakirə edilib. Nazirlik də ötən ilə nisbətən bu il yarmarkanın fərqli olacağını bəyan edib. Məsələn, bu il arıçı balın satışına satıcılar da cəlb edə biləcək. Amma nizam-intizam çox ciddi olacaq. Yarmarkada arıçılar haqqında xüsusi məlumat bulletini olacaq. İnsanların yarmarkaya cəlb edilməsi üçün televiziya və digər variantlardan aktiv istifadə ediləcək. Ötən il aktivlik zəif olub. Bu günə qədər arıçılardan yığılan vəsaitin hara xərcləndiyini bilmirdik. Bu il həmin vəsaitə görə hesabat olacaq", – deyə o, qeyd edib.
B.Həsrətovun sözlərinə görə, builki bal yarmarkasının keçiriləcəyi tarix dəqiqləşməsə də, satışlar oktyabrın 5-dən noyabrın 5-ə qədər baş tuta bilər.
"Yarmarkada 350 arıçının iştirak etməsi planlaşdırılır. Satışa çıxarılacaq balın həcmi arıçının malik olduğu arı ailəsinin sayından asılı olacaq. Məsələn, əgər arıçının 50 arı ailəsi varsa, o, 500 kq bal çıxara bilər", – deyə Assosiasiya sədri fikrini tamamlayıb.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı