Azərbaycan İdeyası

11 illik hakimiyyətin SONU ÇATIR - Belə deyirlər...

Tarix:20-08-2018, 15:52
Baxış Sayı:321

  11 illik hakimiyyətin SONU ÇATIR - Belə deyirlər...

11 illik hakimiyyətin SONU ÇATIR - Belə deyirlər...Düz 11 ildir ki, Şabran Rayon İcra Hakimiyyətinin başçısı postunu tutan Novruz Novruzov yaxın günlərdə vəzifəsindən azad ediləcək. Bu barədə redaksiyamıza xəbər verən mötəbər mənbə bildirir ki, icra başçılarının gözlənilən ƏLƏMƏ DALĞASININ ilk "qurbanlarından" biri Şabranın hazırki başçısıdır.
"Novruz Novruzovun adı bu vaxta qədər bir çox qalmaqallarda hallanıb. Vətəndaş gileylərinin artması, büdcə oğurluğu və digər bu kimi faktlar Novruz Novruzovun ayağındadır. Və təbii ki, belə bir qalmaqallı başçı ilə hakim düşərgənin yolları ayrılmalı idi. Əslində, 11 il də Novruzov cənabları üçün böyük müddətdir".
Dia.az xatırladır ki, Novruz Novruzov 1954-cü il mayın 2-də Lerik rayonunun Zövnə kəndində anadan olmuşdur. 1971-ci ildə Yardımlı qəsəbə 1 saylı orta məktəbini, 1982-ci ildə Bakı Dövlət Universitetini, 1993-cü ildə isə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu bitirmişdir.
Əmək fəaliyyətinə 1971-ci ildə Lerik rayonundakı Səməd Vurğun adına Kolxozda kolxozçu kimi başlamışdır. 1971-ci ildən kolxozçu, fəhlə, Lerik rayonu Züvüc kənd orta məktəbində pioner baş dəstə rəhbəri, 1974-1976-cı illərdə isə hərbi xidmətdə olmuşdur.
1976-cı ildən sovxozda fəhlə, Lerik rayon mədəniyyət şöbəsində kütləvi işçi, 1977-ci ildən LKGİ Lerik Rayon Komitəsinin ikinci katibi, 1982-ci ildən Lerik Rayon Partiya Komitəsində təlimatçı, 1983-cü ildən LKGİ Lerik Rayon Komitəsinin birinci katibi, 1985-ci ildən Lerik Rayon Xalq Nəzarəti Komitəsinin sədri, 1987-1995-ci illərdə Lerik Rayon Partiya Komitəsinin ikinci katibi, Lerik Rayon İcra Hakimiyyəti başçısının müavini, Azərbaycan Respublikası Mətbuat və İnformasiya Nazirliyində aparıcı mütəxəsis, Lerik Rayon İcra Hakimiyyəti Ərazi idarəetmə orqanları şöbəsinin müdiri işləmişdir. Bir neçə çağırış rayon XD Sovetinin deputatı seçilmişdir.
1995-2002-ci illərdə Lerik Rayon İcra Hakimiyyətinin başçısı, 2002-2007-ci illərdə isə Goranboy Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışmışdır.
Azərbaycan Respublikası Prezidentinin 28 iyun 2007-ci il tarixli Sərəncamı ilə Dəvəçi (indiki Şabran) Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
2014-cü ildə “Şöhrət” ordeni ilə təltif edilib. Ailəlidir, iki övladı var. (dia.az)

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı