Azərbaycan İdeyası

Mətbuat vasitəsilə kömək istəyən məcburi köçkünə “Qaçqınkom”da iş verilib

Tarix:27-08-2018, 13:46
Baxış Sayı:297

  Mətbuat vasitəsilə kömək istəyən məcburi köçkünə “Qaçqınkom”da iş verilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Xocalı rayonundan məcburi köçkün, Goranboy rayon Yuxarı Ağcakənd qəsəbəsində məskunlaşan Rəsmiyyə Qarayevanın ailəsinin mövcud vəziyyəti ilə bağlı mediada dərc olunan müraciətini araşdırıb.
Korrupsiya-q.az “Report” xəbər verir ki, bunu nazirliyin mətbuat xidmətinin rəhbəri Fazil Talıbov bildirib.
O deyib ki, nazirlik əməkdaşları Goranboy rayonunun Yuxarı Ağcakənd qəsəbəsinə gedərək ailənin durumu ilə yerində maraqlanıblar: “Rəsmiyyə Qarayevanın oğlu Elgün Qəhrəmanovun penitensiar müəssisədən cəza çəkməkdən azad edildiyi nəzərə alınaraq, müvafiq qanunvericiliyə əsasən ona minimum əmək haqqının 4 misli məbləğində (520 manat) birdəfəlik pul müavinətinin ödənişi təmin olunub. Eyni zamanda, Rəsmiyyə Qarayevanın müraciətinə uyğun olaraq, oğlu Elgün Xocalı rayon Məşğulluq Mərkəzi tərəfindən yaşadığı qəsəbədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi yanında Mənzil İstismar Departamentinin Goranboy rayon Mənzil İstismar Sahəsində mövcud olan vakant iş yerində işlə təmin edilib.
Bundan əlavə, məşğulluq mərkəzi Rəsmiyyə Qarayevanın ailəsinin kiçik təsərrüfatını qurması üçün potensialının olduğu nəzərə alınmaqla, ailənin özünüməşğulluq proqramına cəlb edilməsi üçün müvafiq işlərə başlayıb”.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı