Azərbaycan İdeyası

"Yataqxanalardakı məcburi köçkünlərin köçürülməsinə başlanılması barədə tapşırıq verilib"

Tarix:30-01-2017, 15:53
Baxış Sayı:334

"Yataqxanalardakı məcburi köçkünlərin köçürülməsinə başlanılması barədə tapşırıq verilib"

"Mövcud qəsəbələrdə məcburi köçkünlər üçün yeni fərdi evlərin tikintisi planlaşdırılır”.
Korrupsiya və Qanun saytı xəbər verir ki, bunu dövlət başçısı "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransda çıxışı zamanı deyib.
Dövlət başçısı qeyd edib ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin xətti ilə yeni yaşayış binalarının tikintisi nəzərdə tutulur: "Qeyd etməliyəm ki, son illər ərzində 100-ə yaxın məcburi köçkün qəsəbəsi inşa edilib, 200 mindən çox məcburi köçkün bu binalara yerləşdirilib. Bütünlükdə isə son illərdə məcburi köçkünlərin yaşayış səviyyəsinin yaxşılaşdırılması və məşğulluğunun artırılması məqsədlərinə 5 milyard manatdan çox vəsait ayrılıb. Bu il yeni binalar tikilməlidir, yerlər ayrılıb.
Eyni zamanda, mövcud qəsəbələrdə yeni fərdi evlərin tikintisi də nəzərdə tutulub. Çünki orada artıq infrastruktur var və infrastruktura vəsait qoymağa ehtiyac yoxdur. Eyni zamanda, tapşırıq verilib ki, bu il Bakıda yataqxanalarda məskunlaşan köçkünlərin köçürülməsi prosesi də başlasın. Artıq müvafiq göstərişlər verilib, layihələr hazırlanır və əlavə vəsait ayrılacaq ki, bu il və bundan sonrakı illərdə yataqxanalarda yaşayan vətəndaşlarımızın mənzil şəraitini yaxşılaşdıraq. Yenə də demək istəyirəm ki, bütün müvafiq göstərişlər verilib, indi hesablamalar aparılır, layihələndirmə işləri aparılır və ümid edirəm ki, yaxın gələcəkdə, bəlkə də bir ay ərzində artıq praktiki tikinti işləri başlanmalıdır”.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı