Azərbaycan İdeyası

“Bir ağac əkməyənlər gedib yeddi ağac kəsirlər” - Parlamentdə ETİRAZ

Tarix:12-09-2018, 12:58
Baxış Sayı:274

 “Bir ağac əkməyənlər gedib yeddi ağac kəsirlər” - Parlamentdə ETİRAZ

Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında “Yaşıllıqların mühafizəsi haqqında” qanuna dəyişiklik müzakirə edilib.
Müzakirələr zamanı deputatlar qanunsuz ağac kəsilməsinə qarşı ciddi etirazlarını bildiriblər. Komitə sədri Eldar İbrahimov bildirib ki, bir ağac əkməyənlər gedib yeddi ağac kəsirlər.
O qeyd edib ki, ağacların kəsilməsi həm ekologiyaya, həm də insanların sağlamlığına ciddi ziyan vurur.
Daha sonra deputatlar ağacların kəsilməsinə görə nəzərdə tutulan cəzanın sərtləşdirilməsini təklif ediblər.
Deputat Hüseynbala Mirələmov deyib ki, yaşıllıqları qorumaq lazımdır, ağacları kəsənlər sərt şəkildə cəzalandırılmalıdır. O qeyd edib ki, ağacların kəsilməsi çox böyük bəladır:
“Avropada və digər ölkələrdə bir kəpənəyin öldürülməsinə görə heç kəsi bağışlamırlar, onlara ən ağır cəzanı verirlər. Yaşıllıqların qorunması qlobal və mühüm məsələdir. Gələcəkdə qanunvericilikdə dəyişiklik edilməlidir, cəzalar sərtləşdirilməlidir. Bir budağı qırana da ən ağır cəza verilməlidir”.
Deputat Cavanşir Paşazadə də bildirib ki, cəzaların sərtləşdirilməsi ağacların kəsilməsinin qarşısını ala bilər, bundan əlavə, maarifləndirmə işləri də aparılamalıdır.(Modern.az)

OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan nefti BAHALAŞIB
Azərbaycan nefti BAHALAŞIB
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Konqoda Eboladan ölənlərin sayı açıqlandı
Konqoda Eboladan ölənlərin sayı açıqlandı