Azərbaycan İdeyası

İMİŞLİNİN "QƏMLO"SU: POLİS RƏİSİNİN MÜAVİNİ ƏSGƏRLİKDƏ OLAN OĞLUNA HƏDİYYƏ KİMİ FERMA İNŞA ETDİRİR

Tarix:2-10-2018, 13:46
Baxış Sayı:261





Qəzetimizin ötən sayında İmişli rayon sakini Səmədov Gülməmməd Səməndar oğlunun redaksiyamıza müraciəti əsasında "Xanhüseyn Kazımlının qohumları İmişlidə "Qəmloluq" edirlər səırlövhəli tənqidi məqalə dərc olunmuşdu. G.Səmədov bildirmişdi ki, ədalətsizliklərə qarşı barışmaz mövqeyinə görə X.Kazımlının qohumlarından təpki görür. Belələrindən biri də rayonda "Qəmlo" ləğəbi ilə tanınan Polis Şöbəsinin rəis müavini Habil Ağayevdir. Dediyinə görə, rəis müavini onu hədələyib ki, "özünü yığışdırmasa" maşınına nəşə atdırıb tutduracaq.
Bu günlərdə G.Səmədov redaksiyamıza əlavə məlumat verib ki, rayonda "at oynadan" rəis müavini əsgərlikdə olan oğluna hədiyyə kimi ferma tikdirir. Fermanın yeri mübahisəli torpaq sahəsidir. Araşdırılmalıdır ki, Habil Ağayev quru maaşı ilə bunca varidata necə yiyələnib.
Şikayətçi yazır ki, artıq bir dəfə onu şərləməyə cəhd ediblər. Üzünə adam durğuzublar ki, guya kiminsə üstünə tapança çəkib. Deyir ki, H.Ağayev qapı-qapı düşüb tullantı, paslı metal yığana da, az qala dilənçiyə də "taqsa" qoyub pul yığır.
Şikayətçi rəis müavininin müstəbid hərəkətlərinə son qoyulmasına nail olmaq üçün israrlıdır və daxili işlər nazirinə ardıcıl teleqramlar vurmağa davam edir.

OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan nefti BAHALAŞIB
Azərbaycan nefti BAHALAŞIB
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Konqoda Eboladan ölənlərin sayı açıqlandı
Konqoda Eboladan ölənlərin sayı açıqlandı