Azərbaycan İdeyası

İsmayıllıda ayını kim ovlayıb?

Tarix:23-11-2018, 15:13
Baxış Sayı:304


İsmayıllıda ayını kim ovlayıb?11/1542971508_qabsan.jpg[/img]Şahdağ Milli Parkının İsmayıllı bölməsinin Basqal meşəbəyliyinin 4 saylı dolayında atəş səsləri eşidilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən ONN media-ya daxil olan xəbərə görə, dolayın mühafizə yegeri həmin istiqamətə yaxınlaşarkən 6 nəfər tərəfindən qonur ayının ovlandığını müşahidə edib.
Xidməti vəzifəsini yerinə yetirən mühafizə yegeri brakonyerləri saxlamağa çalışsa da, onlar qanuni tələblərə məhəl qoymayaraq ərazidən uzaqlaşıblar. Bu zaman yeger tərəfindən naməlum şəxslərin video görüntüləri çəkilib.
Brakonyerlərin şəxsiyyətinin müəyyən edilərək məsuliyyətə cəlb olunmaları üçün İsmayıllı rayon Polis Şöbəsinə müraciət edilib və maddi sübut kimi video görüntülər polis şöbəsinə təqdim olunub.
Adı Azərbaycan Respublikasının “Qırmızı Kitabı”na daxil edilmiş Qonur ayını ovlayan şəxslərin kimliyinin müəyyənləşdirilməsi məqsədilə hazırda tədqiqat aparılır.


OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan nefti BAHALAŞIB
Azərbaycan nefti BAHALAŞIB
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Konqoda Eboladan ölənlərin sayı açıqlandı
Konqoda Eboladan ölənlərin sayı açıqlandı