Azərbaycan İdeyası

Ailəsi hamilə qadını evdən qovdu, dünyaya gələn qızına aparıcının adını verdi — VİDEO

Tarix:5-02-2019, 14:13
Baxış Sayı:213

 Ailəsi hamilə qadını evdən qovdu, dünyaya gələn qızına aparıcının adını verdi — VİDEO


İyirmi gün öncə qaynatası və qayınanası tərəfindən evdən qovulmuş Füzuli rayonu, Bala Bəhmənli kənd sakini olan Bəsti adlı qadın ana olub.
Korrupsiya-q.az - ın məlumatına görə, "Lider" telekanalında Nuranə Gülərin aparıcılığı ilə yayımlanan "Çıxış yolu" verilişinə müraciət edən Bəsti və həyat yoldaşı Nicat bildirib ki, onları evdən qovublar. Verilişin aparıcısı Nuranə Gülər əməkdaşımızla söhbətində bildirib ki, qayınana və qayınatası nə qadını, nə də həyat yoldaşını qəbul etmir:
"Bəstiylə Nicatı təxminən iyirmi gün əvvəl Nicatın valideynləri- Teybə xanım və Nəsib bəy evdən qovmuşdu. Bildiyimə görə, Nicatın bir qardaşı hərbçidir və evi də o dolandırır. Elə Nicatgilin evdən qovulmasına səbəbkar da həmin şəxsdir. Ailə Nicatın Bəstini qaçırmasına etiraz edirmiş. Hətta barışıq olması üçün tanınmış musiqiçi, əslən həmin kənddən olan Rəhman Məmmədlini də o qapıya göndərdim, özüm də efirdəm yalvardım, xeyri olmadı. Ailə Bəsti və Nicatdan imtina edib. Bəstini Elmi Tədqiqat Mamalıq və Ginekologiya İnstitutuna yerləşdirdik, qeysəriyyə əməliyyatı ilə qız övladı dünyaya gətirdi. Uşağa da Nuranə adını veriblər".
Teleaparıcı bildirib ki, Nicat üçüncü qrup əlildir və əmək qabiliyyətli deyil:
"Hazırda bizim və ekspertlərimizin köməyi ilə bir yerə yerləşdiriliblər. Amma bu, çıxış yolu deyil. Çalışacağıq ki, Füzuli raoynunda məcburi köçkünlər üçün tikilmiş qəsəbələrdən heç olmasa bir otaqlı mənzil almağa nail olaq.
Qayınana qayınata qovub. Bir daha Nicatın valideynlərinə, qardaşına müraciət edirəm ki, nəvənizə, gəlininizə, oğlunuza shaib çıxın. Bəlkə də ailənizin problemlərdən çıxış yolu məhz elə bu balaca qız olacaq".



OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan nefti BAHALAŞIB
Azərbaycan nefti BAHALAŞIB
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Konqoda Eboladan ölənlərin sayı açıqlandı
Konqoda Eboladan ölənlərin sayı açıqlandı