Azərbaycan İdeyası

SAHIBKARLARI INCIDƏNLƏR VƏTƏN XAINIDIRLƏR " - PREZİDENT İLHAM ƏLIYEV CƏNAB PREZIDENTIN APARDIĞI ISLAHATLAR INSANLARIMIZI SEVINDIRIR!

Tarix:30-04-2019, 17:00
Baxış Sayı:217

İstər əlillərlə bağlı fərman, istərsə də kreditlərlə bağlı, təqüdlərin artırılması ilə əlaqədar verilən sərəncamlar, xususən də məhkəmə islahatları ilə bağlı verdiyi sərəncam təqdirəlayiqdir və alqışlanmalıdır. Cənab Prezident həmişə sahibkarların, öz vətəndaşlarının yanındadır. "Diqlas " ticarət mərkəzindəki yanğından sonra sahibkarlara kompensasiya ödənilməsi buna misaldır. Dünyanın heç bir ölkəsində sığorta yoxdursa, belə hallarda dövlət tərəfindən bir qəpik də ödənilmir. 2010 - cu il Kür daşqınları zamanı da cənab Prezidentin göstərişi ilə zərər çəkmiş əhalinin hamısına müasir tipli, yaraşıqlı evlər tikildi. Elə insanlar var idi ki, balaca evdə yaşayırdılar, bunlara da evlər tikilib verildi. O cümlədən, həyatyanı sahəsinə dəymiş ziyana görə də kompensasiya ödənildi. Əslən olduğum Sabirabadın Qasımbəyli kəndi və 4 kənd 4 ay suyun altında qalmışdı. İndi gedin baxın o kəndlərə, Avropanın kəndlərindən də yaxşıdır. Heç vaxt asfalt yolu olmayan kəndlərə yol çəkildi, elektrik işləri çox yüksək səviyyədə görülmüşdür. Ən başlıcası, bu kəndlərə təbii qaz xətti çəkildi!! Yeni məktəblər, xəstəxanalar, uşaq bağçası, poçt idarələri, su təmizləyici qurğular və s. tikildi. Yəni, bu, cənab Prezidentin həmişə dediyi: " Mən hər bir azərbaycanlının prezidentiyəm " sözlərinə sadiqliyinin bariz numunəsidir. Əhalimiz cənab Prezidentdən uşaq pullarının bərpasını və 10 min dollardan yuxarı olan kredit problemlərinin də həllini səbirsizliklə gözləyir, çünki 100 minlərlə vətəndaşımızın evi, obyekti banklar tərəfindən hərraca çıxarılaraq əllərindən alınma təhlükəsindədir.

Ardı var... Həsən Həsənli

OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan nefti BAHALAŞIB
Azərbaycan nefti BAHALAŞIB
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Konqoda Eboladan ölənlərin sayı açıqlandı
Konqoda Eboladan ölənlərin sayı açıqlandı