Azərbaycan İdeyası

DSMF SUMQAYIT ŞƏHƏR ŞÖBƏSININ ŞƏFFAFLIĞIN TƏMININƏ XIDMƏT EDƏN "AÇIQ QAPI" TƏCRÜBƏSININ YAYILMASI TÖVSIYƏ OLUNMALIDIR

Tarix:20-06-2019, 14:10
Baxış Sayı:3 261

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsində “Açıq qapı” formatında növbəti, sayca 5-ci görüş "Ülfət" Əlillərin Sosial Problemlərinin həllinə Yardım İctimai Birliyinin nümayəndələri ilə keçirilib. Görüşdə Prezident İlham Əliyevin həssas qruplardan olan vətəndaşlara xüsusi qayğısından, həmin vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atılan mühüm addımlardan bəhs olunub. Fondun şöbə müdiri Firdovsi Bədəlov dövlət başçısının imzaladığı sərəncam və fərmanlar nəticəsində cari ilin ötən dövründə minimum əməkhaqqının, pensiyanın minimum məbləğinin, sosial müavinət və təqaüdlərin əhəmiyyətli dərəcədə artırıldığını vurğulayıb, qeyd olunan artımlar barədə ətraflı məlumat verib. Pensiya təyinatlarının elektron qaydada həyata keçirildiyi, bu cür proaktiv xidmətlərin sosial təminat sisteminin bütün sahələrini əhatə edəcəyi bildirilib. Əmək, məşğulluq, sosial təminat sahələrində innovativ yanaşmaların tətbiqi və şəffaflığın təminatı, vətəndaş məmnunluğuna nail olunması üçün aparılan islahatlar diqqətə çatdırılıb. Şöbə müdiri bildirib ki, 2019-cu ilin birinci rübü ərzində aktiv məşğulluq üçün ölkə üzrə 7000, Sumqayıt şəhəri üzrə 350 ailəyə 5000 manatadək vəsait ayrılıb, bu gün Sumqayıtda 2700 ailə ünvanlı sosial yardımdan yararlanır. İmtiyazlı vətəndaşların məşğulluğunun təminatı məsələlərinə toxunan Firdovsi Bədəlov qeyd edib ki, ƏƏSMN ilə SOCAR Polimer Zavodu arasında bu sahədə peşə hazırlığı kurslarının təşkili barədə razılıq əldə olunub. Görüşdə iştirak edən qeyri-hökumət təşkilatlarının (QHT) nümayəndələri ölkəmizdə sosial sahədə aparılan islahatlardan, əhalinin rifah halının yaxşılaşdırılması üçün atılan addımlardan razılıqla bəhs edərək, sosial müdafiə sahəsinə göstərilən xüsusi qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər. Görüşdə Sumqayıt şəhərində həssas qrupların sosial müdafiəsinin gücləndirilməsi sahəsində həyata keçirilən tədbirlərə dair fikir mübadiləsi aparılıb. QHT-lərin qaldırdıqları məsələlər də müzakirə olunub, bu məsələlərin həlli sahəsində qanunvericilik çərçivəsində müvafiq tədbirlərin görüləcəyi bildirilib. Maraqlı təkliflər səsləndirilib. Sumqayıt şəhər sakini Ceyhun Dadaşov təklif edib ki, mənzil növbəsi gözləyən ümumi əlillər növbələrinin nə vaxt çatması məsələsində qeyri-müəyyənliklə üzləşdiklərindən bu məsələ tənzimlənməlidir. Məsələn, təsbit olunmalıdır ki, tutaq ki, 10 müharibə əlili evlə və ya avtomobillə təmin olunanda 11-ci mənzil, yaxud, maşın ümumi əlilliyi olana verilməlidir. C.Dadaşov həmçinin bildirdi ki, bir çox əlillər onlar üçün tanınmış imtiyazlardan yararlanmaq üçün yetəcək qədər hüquqi savada malik deyillər, bu üzdən onların arasında hüquqi maarifləndirmə işləri aparılmalıdır. Sonra təklif səsləndi ki, 1994-cü ildə Bakı Metropolitenində törədilmiş terror aktı zamanı zərər çəkmiş, sağlamlığını itirmiş vətəndaşların da problemləri diqqət mərkəzində saxlanılmalıdır. Görüşdə iştirak edən KİV nümayəndələrindən "Korrupsiya və Qanun" qəzetinin baş redaktoru Xuraman Quliyeva çıxışında qeyd etdi ki, rəhbərlik etdiyi qəzet sosial müdafiəyə ehtiyacı olan şəxslərin qayğılarını daim diqqət mərkəzində saxlayır, həmin problemləri ictimailəşdirir, həllinə nail olmaq üçün aidiyyati orqanlar qarşısında məsələ qaldırır. Baş redaktor bildirdi ki, bu sahədə ən ciddi narazılıqlar yerli rayon, şəhər icra hakimiyyətlərinin həssas kateqoriyadan olan insanların müraciətlərinə qeyri-həssas yanaşmaları, ələlxüsus da mənzil növbəsində olan şəhid ailələrinə, əlillərə münasibətdə ayrı-seçkiliyə yol vermələri, növbəli ardıcıllığı əks etdirən siyahının əlçatan informasiya resurslarına yerləşdirilməməsi səbəbindən baş verir: "Şahidi olmuşuq ki, sosial müdafiəyə ehtiyacı olan, uzun illər boyu hökumət strukturlarının qapısını döyən, yardım əvəzinə yalnız boş vədlər görən vətəndaş məşəqqətli həyata dözməyib dünyasını dəyişib. Olub ki, maddi vəziyyəti acınacaqlı olan şəxsdən ötrü yaşadığı rayonun icra hakimiyyətinə müraciət etmişik, icra hakimiyyəti isə ona vur-tut iyirmi manat birdəfəlik yardım göstərib, bununla da işini bitmiş hesab edib. Buna nə ad vermək olar?" Qeyd edək ki, DSMF Sumqayıt şəhər Şöbəsində hər həftənin cümə günü vətəndaş cəmiyyətləri ilə "Açıq qapı" formatında görüşlərin keçirilməsi artıq gözəl bir ənənəyə çevrilib. Bundan başqa, Şöbədə hər müfəttişin kabinetinin qapısına elan vurularaq vətəndaşların nəzərinə çatdırılıb ki, korrupsiya hüquqpozmaları ilə rastlaşdıqları təqdirdə mütləq müdiriyyətə və yuxarı orqanlara xəbər versinlər. Şəffaflığın təmininə xidmət edən bu təcrübənin yayılması tövsiyə olunmalıdır. "Korrupsiya və Qanun" ictimai – siyasi hüquq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsində “Açıq qapı” formatında növbəti, sayca 5-ci görüş "Ülfət" Əlillərin Sosial Problemlərinin həllinə Yardım İctimai Birliyinin nümayəndələri ilə keçirilib. Görüşdə Prezident İlham Əliyevin həssas qruplardan olan vətəndaşlara xüsusi qayğısından, həmin vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atılan mühüm addımlardan bəhs olunub. Fondun şöbə müdiri Firdovsi Bədəlov dövlət başçısının imzaladığı sərəncam və fərmanlar nəticəsində cari ilin ötən dövründə minimum əməkhaqqının, pensiyanın minimum məbləğinin, sosial müavinət və təqaüdlərin əhəmiyyətli dərəcədə artırıldığını vurğulayıb, qeyd olunan artımlar barədə ətraflı məlumat verib. Pensiya təyinatlarının elektron qaydada həyata keçirildiyi, bu cür proaktiv xidmətlərin sosial təminat sisteminin bütün sahələrini əhatə edəcəyi bildirilib. Əmək, məşğulluq, sosial təminat sahələrində innovativ yanaşmaların tətbiqi və şəffaflığın təminatı, vətəndaş məmnunluğuna nail olunması üçün aparılan islahatlar diqqətə çatdırılıb. Şöbə müdiri bildirib ki, 2019-cu ilin birinci rübü ərzində aktiv məşğulluq üçün ölkə üzrə 7000, Sumqayıt şəhəri üzrə 350 ailəyə 5000 manatadək vəsait ayrılıb, bu gün Sumqayıtda 2700 ailə ünvanlı sosial yardımdan yararlanır. İmtiyazlı vətəndaşların məşğulluğunun təminatı məsələlərinə toxunan Firdovsi Bədəlov qeyd edib ki, ƏƏSMN ilə SOCAR Polimer Zavodu arasında bu sahədə peşə hazırlığı kurslarının təşkili barədə razılıq əldə olunub. Görüşdə iştirak edən qeyri-hökumət təşkilatlarının (QHT) nümayəndələri ölkəmizdə sosial sahədə aparılan islahatlardan, əhalinin rifah halının yaxşılaşdırılması üçün atılan addımlardan razılıqla bəhs edərək, sosial müdafiə sahəsinə göstərilən xüsusi qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər. Görüşdə Sumqayıt şəhərində həssas qrupların sosial müdafiəsinin gücləndirilməsi sahəsində həyata keçirilən tədbirlərə dair fikir mübadiləsi aparılıb. QHT-lərin qaldırdıqları məsələlər də müzakirə olunub, bu məsələlərin həlli sahəsində qanunvericilik çərçivəsində müvafiq tədbirlərin görüləcəyi bildirilib. Maraqlı təkliflər səsləndirilib. Sumqayıt şəhər sakini Ceyhun Dadaşov təklif edib ki, mənzil növbəsi gözləyən ümumi əlillər növbələrinin nə vaxt çatması məsələsində qeyri-müəyyənliklə üzləşdiklərindən bu məsələ tənzimlənməlidir. Məsələn, təsbit olunmalıdır ki, tutaq ki, 10 müharibə əlili evlə və ya avtomobillə təmin olunanda 11-ci mənzil, yaxud, maşın ümumi əlilliyi olana verilməlidir. C.Dadaşov həmçinin bildirdi ki, bir çox əlillər onlar üçün tanınmış imtiyazlardan yararlanmaq üçün yetəcək qədər hüquqi savada malik deyillər, bu üzdən onların arasında hüquqi maarifləndirmə işləri aparılmalıdır. Sonra təklif səsləndi ki, 1994-cü ildə Bakı Metropolitenində törədilmiş terror aktı zamanı zərər çəkmiş, sağlamlığını itirmiş vətəndaşların da problemləri diqqət mərkəzində saxlanılmalıdır. Görüşdə iştirak edən KİV nümayəndələrindən "Korrupsiya və Qanun" qəzetinin baş redaktoru Xuraman Quliyeva çıxışında qeyd etdi ki, rəhbərlik etdiyi qəzet sosial müdafiyə ehtiyacı olan şəxslərin qayğılarını daim diqqət mərkəzində saxlayır, həmin problemləri ictimailəşdirir, həllinə nail olmaq üçün aidiyyati orqanlar qarşısında məsələ qaldırır. Baş redaktor bildirdi ki, bu sahədə ən ciddi narazılıqlar yerli rayon, şəhər icra hakimiyyətlərinin həssas kateqoriyadan olan insanların müraciətlərinə qeyri-həssas yanaşmaları, ələlxüsus da mənzil növbəsində olan şəhid ailələrinə, əlillərə münasibətdə ayrı-seçkiliyə yol vermələri, növbəli ardıcıllığı əks etdirən siyahının əlçatan informasiya resurslarına yerləşdirilməməsi səbəbindən baş verir: "Şahidi olmuşuq ki, sosial müdafiəyə ehtiyacı olan, uzun illər boyu hökumət strukturlarının qapısını döyən, yardım əvəzinə yalnız boş vədlər görən vətəndaş məşəqqətli həyata dözməyib dünyasını dəyişib. Olub ki, maddi vəziyyəti acınacaqlı olan şəxsdən ötrü yaşadığı rayonun Icra Hakimiyyətinə müraciət etmişik, Icra Hakimiyyəti isə ona vur-tut iyirmi manat birdəfəlik yardım göstərib, bununla da işini bitmiş hesab edib. Buna nə ad vermək olar?" Qeyd edək ki, DSMF Sumqayıt şəhər Şöbəsində hər həftənin cümə günü vətəndaş cəmiyyətləri ilə "Açıq qapı" formatında görüşlərin keçirilməsi artıq gözəl bir ənənəyə çevrilib. Bundan başqa, Şöbədə hər müfəttişin kabinetinin qapısına elan vurularaq vətəndaşların nəzərinə çatdırılıb ki, korrupsiya hüquqpozmaları ilə rastlaşdıqları təqdirdə mütləq müdiriyyətə və yuxarı orqanlara xəbər versinlər. Şəffaflığın təmininə xidmət edən bu təcrübənin yayılması tövsiyə olunmalıdır.

"Korrupsiya və Qanun" ictimai-siyasi hüquq qəzeti


DSMF SUMQAYIT ŞƏHƏR ŞÖBƏSININ ŞƏFFAFLIĞIN TƏMININƏ XIDMƏT EDƏN "AÇIQ QAPI" TƏCRÜBƏSININ YAYILMASI TÖVSIYƏ OLUNMALIDIR
DSMF SUMQAYIT ŞƏHƏR ŞÖBƏSININ ŞƏFFAFLIĞIN TƏMININƏ XIDMƏT EDƏN "AÇIQ QAPI" TƏCRÜBƏSININ YAYILMASI TÖVSIYƏ OLUNMALIDIR
DSMF SUMQAYIT ŞƏHƏR ŞÖBƏSININ ŞƏFFAFLIĞIN TƏMININƏ XIDMƏT EDƏN "AÇIQ QAPI" TƏCRÜBƏSININ YAYILMASI TÖVSIYƏ OLUNMALIDIR
DSMF SUMQAYIT ŞƏHƏR ŞÖBƏSININ ŞƏFFAFLIĞIN TƏMININƏ XIDMƏT EDƏN "AÇIQ QAPI" TƏCRÜBƏSININ YAYILMASI TÖVSIYƏ OLUNMALIDIR
DSMF SUMQAYIT ŞƏHƏR ŞÖBƏSININ ŞƏFFAFLIĞIN TƏMININƏ XIDMƏT EDƏN "AÇIQ QAPI" TƏCRÜBƏSININ YAYILMASI TÖVSIYƏ OLUNMALIDIR
DSMF SUMQAYIT ŞƏHƏR ŞÖBƏSININ ŞƏFFAFLIĞIN TƏMININƏ XIDMƏT EDƏN "AÇIQ QAPI" TƏCRÜBƏSININ YAYILMASI TÖVSIYƏ OLUNMALIDIR

OXŞAR XƏBƏRLƏR
Bayram tətilindən sonrakı ilk dərs günü açıqlanıb
Bayram tətilindən sonrakı ilk dərs günü açıqlanıb
Əhalinin NƏZƏRİNƏ - 31 dekabr 00:00-dan etibarən...
Əhalinin NƏZƏRİNƏ - 31 dekabr 00:00-dan etibarən...
Vətən Müharibəsi Qəhrəmanı Kənan Seyidovun müavini oldu
Vətən Müharibəsi Qəhrəmanı Kənan Seyidovun müavini oldu
Azərbaycanda general-leytenant vəzifəsindən azad edildi
Azərbaycanda general-leytenant vəzifəsindən azad edildi
Azərbaycanda yeni Mərkəz yaradıldı
Azərbaycanda yeni Mərkəz yaradıldı
Elşad Abdullayevin adı İNTERPOL-un siyahısından çıxarılıb” – Bəs sabiq rektor harada axtarılır?
Elşad Abdullayevin adı İNTERPOL-un siyahısından çıxarılıb” – Bəs sabiq rektor harada axtarılır?
Narkotik cinayətlərinə görə yeddi minə yaxın şəxs məsuliyyətə cəlb olunub: 11 ayın statistikası
Narkotik cinayətlərinə görə yeddi minə yaxın şəxs məsuliyyətə cəlb olunub: 11 ayın statistikası
AZƏRBAYCANDA GƏLƏN İLİN QEYRİ-İŞ GÜNLƏRİ AÇIQLANDI-2025
AZƏRBAYCANDA GƏLƏN İLİN QEYRİ-İŞ GÜNLƏRİ AÇIQLANDI-2025