Azərbaycan İdeyası

Prezident dövlət orqanlarına nəzarəti gücləndirir - ÇATIŞMAZLIQLAR BİR-BİR MƏRUZƏ EDİLƏCƏK

Tarix:11-06-2016, 17:48
Baxış Sayı:357

Prezident dövlət orqanlarına nəzarəti gücləndirir - ÇATIŞMAZLIQLAR BİR-BİR MƏRUZƏ EDİLƏCƏK
“Azərbaycanda dövlət orqanları tərəfindən göstərilən bütün xidmətlərin vahid elektron reyestri yaradılıb. Dövlət başçısının dünən imzaladığı fərmana əsasən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə həmin elektron reyestrdə “ASAN xidmət indeksi” əsasında xidmətlərin qiymətləndirilməsi tapşırılıb”.

Politika.Az xəbər verir ki, bunu prezidentin imzaladığı fərmanı şərh edən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ülvi Mehdiyev bildirib.

Ü. Mehdiyev deyib ki, “ASAN xidmət indeksi” formalaşdırılacaq və hər bir dövlət orqanının xidməti bu indeks üzrə qiymətləndiriləcək: “Bu fərman sırf dövlət orqanlarının göstərdikləri xidmətlərin qiymətləndirilməsi ilə bağlıdır. Azərbaycanda fəaliyyət göstərən bütün dövlət orqanlarının vətəndaşlara göstərdikləri xidmətlərin qiymətləndirilməsi həyata keçiriləcək. Qiymətləndirmə nəticəsində həmin xidmətlərin vətəndaşlar üçün nə dərəcədə asan olması müəyyənləşəcək, çatışmazlıqlar varsa, həmin xidmətlərin daha əlçatan, şəffaf olması barədə təkliflər hazırlanacaq. Bu çatışmazlıqlar və təkliflər barədə hazırlanan hesabat Azərbaycan prezidentinə təqdim ediləcək. Bu çatışmazlıqların aradan qaldırılması ilə bağlı ciddi tədbirlər görüləcək”.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı