Azərbaycan İdeyası

Ömrünün 21 ilini həbsxanada yaşayan məhkumun ETİRAFLARI - VİDEO

Tarix:1-07-2019, 13:40
Baxış Sayı:161

Ömrünün 21 ilini həbsxanada yaşayan məhkumun ETİRAFLARI -

Korrupsiya-q.az xəbər verir ki, ARB TV-nin "Rezonans" proqramının növbəti buraxılışında məhkum Hafiz Qocayevin həyat hekayəsini yayımlanıb.
Hafiz Qocayev - 5 il – (Ümumi 21 il): "Ali təhsilliyəm, aviasiyanı bitirmişəm. Subayam. Qismət olsa çıxanda ailə quraram. 1989-cu ildə "Vasmoy bazarı"nın qabağında maşınla dayanacağa girmişdim. 3 nəfər həlak oldu. 1992-ci ildə vaxtından əvvəl buraxıldım. 1999-cu ildə oğurluq mal satdığıma görə həbs olundum. Məhkumluq vaxtından tanıdığım uşaqlar var idi. Onlar oğurluq əşyalar, aparatura, qızıl gətirdilər. Mən də ucuz qiymətə alıb, baha qiymətə satırdım. Oğurluq mal olduğunu bilirdim. 1999-cu ildə onlar tutuldu və ifadələrində oğurluq malları Hafiz satıb dedilər. Mən də həbs olundum və 6 il iş kəsildi. 6 ilimi də yatıb çıxdım. Məhkumluq həyatında elədir ki, bir-birimizə inanırıq. Fikirləşmirik ki, o sabah-birigün tutulsa mənim adımı verər. Mənə tamah güc gəldi. Hər komputerdən 400 manat pul qalırdı. 2005-ci ildən azadlığa çıxdım, 2012-ci ilə qədər. Çay evi işlətdim, xarici dövlətə gedib-gəlib "talkuçka"da mal satdım. 2014-ci ildə yenə oğurluq mal satdığıma görə həbs olundum, amma bu dəfə həddindən artıq çox idi. 10-12 min telefon, müxtəlif komputerlər oldu. Yenə də tamah güc gəldi. Uşaqlar hansısa firmanın skladını soymuşdular. Yenə də onlar həbs olundu və ifadələrində adımı verdilər".

OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan nefti BAHALAŞIB
Azərbaycan nefti BAHALAŞIB
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Konqoda Eboladan ölənlərin sayı açıqlandı
Konqoda Eboladan ölənlərin sayı açıqlandı