Azərbaycan İdeyası

Azərbaycan Respublikasının Təhsil naziri cənab Ceyhun Bayramova

Tarix:29-08-2019, 13:34
Baxış Sayı:825


Bakı şəhəri Nərimanov rayon sakini Səmədov Cahid Cəlil oğlu tərəfindən
ƏRİZƏ
Məlum edirəm ki, ailəliklə indiyədək yaşadığımız Rusiya Federasiyasının paytaxtı Moskva şəhərindən köçüb Azərbaycana gəlmişik. Övladım Səmədova Mədinə Cahid qızını Nərimanov rayonundakı Məktəb-Lisey Kompleksinin 200 saylı orta məktəbinin rus sektorunun birinci sinfinə qəbul etdirmək istədim. Amma məktəb rəhbərliyi bu istəyimizi yerinə yetirmədi. Bizə bildirildi ki, məsələnin müsbət həllindən ötrü Təhsil Nazirliyinə müraciət etməli, icazə almalıyıq. Nazirliyə birinci müraciət məktubumuza üstündən iki ay vaxt keçməsinə baxmayaraq, hələ də cavab verilməyib.
Bildirirəm ki, bizim üçün övladımıza rus dili sektoru olan məktəbi məhz yaşadığımız rayonda tapmaq önəmlidir, çünki II qrup əlil olan atam Cəlil Səmədovla da biz qayğılanırıq deyə maddi imkanımız uşağın tədris üçün uzaq məsafəyə gediş-gəlişini təmin etməyə imkan vermir.
Odur ki, Sizdən artıq dərəcədə xahiş edirəm, övladım Səmədova Mədinə Cahid qızının paytaxtın 200 saylı orta məktəbin rus sekrtoru üzrə birinci sinfə qəbul olunması üçün köməklik göstərəsiniz.
Qabaqcadan minnətdarlığımı bildirirəm.

İmza: C.C. Səmədov
20 avqust 2019-cu il.


OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı