Azərbaycan İdeyası

Niyə sənin yanında olaq, ay Əli Kərimli?!

Tarix:4-09-2019, 12:19
Baxış Sayı:130


İndicə “Azadlıq” qəzetinin “facebook” səhifəsinə baxıram. Öncədən deyim ki, bu qəzetdə dərc olunan bütün yazılara, o yazılara qoyulan başlıqlara, hətta dizayna, korrektəyə, redaktəyə, əlqərəz hər şeyə Əli Kərimlinin birbaşa özü nəzarət edir. Və...həmin haqqında danışdığım yazı başlıqlarından sadəcə birini paylaşmaq istəyirəm. Ki, radikal müxalifət cəbhəsinin yuxarı eşalonunda artıq gözlə görünən hallusinasiya, potoloji-özünəvurğunluq vəziyyətindən sizlər də hali olasınız. Diqqət edin və şok olmayın. Başlıq belədir: “AXCP sədri yenə amansız davrandı”.

Bahatonnan. Yox, əşşi! Amansız? Evdə, mətbəxə bitişik 7 kv-lıq otaqda? Güldanların, rəfdən salxımlanan kitabların, “servant”dan baxan qab dəstlərinin, 100-lük “lampoçka”ların şahidliyi iləmi? Yoxsa öz aləmində, yuxuda, xəyal ovlağındamı?

Bəy, demirəm bizə, hətta Berlində “hamburger” satan miqranta da məlum ki, “Azadlıq”da özündən başqa işçi yoxdur. Hər şey şəxsi sərəncamında. Yazı-pozu, cızma-qara, iynə-sap, qayçı-sancaq. Hər şey və hər şey! O zaman bu nə başlıqdı? Bu nə sərlövhədi? Bu nə özünütərifdi? Bu nə haldı? Və ya bura qədər gəldinsə ta fikirlərini qəzet üzərindən niyə deyirsən? Amerikada bir-iki manat qrant üçün külünc döyən xanımın verilişinə növbəti dəfə çıxdığında açıq mətnlə söylə ki, məndən daha yaxşı oğlan yoxdu, mən Ruzveltəm, mən Tolstoyam, mən Riçard Qirəm, Mən Raç Kapuram, ya da nə bilim, mən Mayk Taysonam.

Keçmişdə aramızdan çıxdaş edilən eksləri də salmısan yaman günə. Oxşayıblar sənə. Yəni oxşamışlarına. O gün baxıram keçmiş səfir, adının mənası ilə tam əks qütbdə duran Arif dostu Gülçataya kompliment yazır. Yenə “facebook”da. O bunu tərifləyir, bu onu. Sonra da hərə özünü. Hələ həmin Arif bir az da uzağa gedərək məmurlara, xüsusi ayrıcalıqla isə deputatlara sosial şəbəkə üzərindən müraciət edib ki, xalqın rifahını düşünən hər kəs Əli Kərimlinin böyüklüyünü, mütləqi- hakimliyini qəbul eləsin, onun yanına keçsin.

Bu Arifin də, ona bənzərlərin də çat verməsi yeni söhbət deyil. Elə bu səbəbdən nə “ikinci əl” söhbəti elədik, nə “üçüncü”. Havayı verdik getdi. Daha dəqiqi, qulaqlarından aşağı salladılar, götürən götürdü. Amma bunların “pil”i bu qədər bitməmişdi axı. Bunlar kontrabasda “Vağzalı” çalmırdılar axı. Bunlar dolmanı badımcan kürüsü ilə yemirdilər axı. Bunlar suyu, çayı qulaqları ilə içmirdilər axı. Neylədin bunlara, ay Əli Kərimli? Yamağı bir də hissələrə bölüb cırıq-cırıq eləmək çoxmu vacıb idi?

Sənin yanındamı olaq? Niyə? Ruslan Bəşirlinin həyatını yaşamaq üçünmü? Ən yaxşı halda Qənimətin gününə qalmaq üçünmü? Milləti, dövləti kürəyindən, köksündən, böyründən baltalamaq üçünmü?

Arif kimi, Gülçatay kimi “günəmuzd” olmaq üçünmü?

Elşən Musayev [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Bu gün şəhid Milli Qəhrəmanımız polkovnik İlqar Mirzəyevin doğum günüdür - FOTO
Bu gün şəhid Milli Qəhrəmanımız polkovnik İlqar Mirzəyevin doğum günüdür - FOTO
8 May Qarabağın ürəyi Şuşanın işğalı günüdür
8 May Qarabağın ürəyi Şuşanın işğalı günüdür
Muzdla çalışanlar və orta aylıq nominal əməkhaqqı
Muzdla çalışanlar və orta aylıq nominal əməkhaqqı
İqtisadi fəal, məşğul, işsiz əhali
İqtisadi fəal, məşğul, işsiz əhali
Yeni açılmış iş yerləri
Yeni açılmış iş yerləri
Əhaliyyə göstərilən ödənişli xidmətlərin həcmi
Əhaliyyə göstərilən ödənişli xidmətlərin həcmi
Əsaslı tikinti
Əsaslı tikinti
Sənaye
Sənaye