Azərbaycan İdeyası

Şamaxı Mərkəzi Rayon Xəstəxanasının baş həkimi işdən çıxarılıb? - AÇIQLAMA

Tarix:27-09-2019, 10:55
Baxış Sayı:121



Səhiyyə Nazirliyi Şamaxı Mərkəzi Rayon Xəstəxanasının baş həkiminin işdən çıxarılmasına münasibət bildirib.
Nazirlikdən Oxu.Az-a bildirilib ki, o, işdən çıxarılmayıb:
“Səməd Fətəliyev baş həkim vəzifəsini müvəqqəti icra edir. Hazırda vəzifəsini yerinə yetirir”.
Qeyd edək ki, ötən il Ekologiya və Təbii Sərvətlər və Daxili İşlər nazirlikləri tərəfindən Şamaxıda reyd keçirilib. Reyd zamanı “QAZ-52” markalı, 06-BC-908 dövlət nömrə nişanlı avtomobilin yük yerində doğranmış ağac materialının daşınması faktı aşkar olunub.
Araşdırma zamanı ağacların Şamaxı Rayon Mərkəzi Xəstəxanasının ərazisindən kəsildiyi məlum olub. Sözügedən əraziyə keçirilən baxış zamanı xəstəxananın həyətində yaş köküstə müxtəlif diametrli qovaq və yalanqoz ağacının kəsildiyi, dörd qovaq ağacının isə gövdə hissələrinin yandırılıldığı faktı aşkar olunub. Təbiətə 3000 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.
Faktla bağlı Şamaxı rayon Mərkəzi Xəstaxanasının baş həkimi Səməd Fətəliyev barəsində akt tərtib olunub.

OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan İnvestisiya Holdinqinin bəzi səlahiyyətləri "AZCON Holdinq"ə verildi - FƏRMAN
Azərbaycan İnvestisiya Holdinqinin bəzi səlahiyyətləri "AZCON Holdinq"ə verildi - FƏRMAN
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan nefti ucuzlaşıb
ABŞ vizası üçün yeni tələb: Miqrantlardan 250 min dollaradək girov istənilə bilər
ABŞ vizası üçün yeni tələb: Miqrantlardan 250 min dollaradək girov istənilə bilər
UEFA Çempionlar Liqası: "Fənərbağça" evdə qələbə qazandı
UEFA Çempionlar Liqası: "Fənərbağça" evdə qələbə qazandı
BƏƏ istidən QOVRULUR: Temperatur 51 dərəcəni keçdi
BƏƏ istidən QOVRULUR: Temperatur 51 dərəcəni keçdi
Lənkəranda KIA və "Opel" TOQQUŞDU - Yaralılar var
Lənkəranda KIA və "Opel" TOQQUŞDU - Yaralılar var
Şirvan kanalı ilə suyun verilişi nə vaxt bərpa ediləcək?
Şirvan kanalı ilə suyun verilişi nə vaxt bərpa ediləcək?