Azərbaycan İdeyası

Dünyasını dəyişən xanım Hacının nişanlısı deyilmiş - AÇIQLAMA

Tarix:27-09-2019, 11:52
Baxış Sayı:110




Bir neçə gün öncə sosial şəbəkə və saytlarda aparıcı Hacı Nuranın eks nişanlısı olaraq qələmə verilən xanımın xərçəng xəstəliyindən dünyasını dəyişdiyinə dair xəbərlər yayılıb.
Open.az xəbər verir ki, yayılan xəbərlərin əsassız olduğu ortaya çıxıb.
Hacı Nuran özü bu haqda sosial şəbəkədə məlumat verib: "Hamı kimi mənim də öz şəxsi həyatım və özəl dünyam var. Bu dünyamda mənə yaxın olan insanlar, dostlar, tanışlar yetərincədir . Yaxşı dostlarım həmişə üzümü güldürüb, istər dar, istərsə də şad günümdə yanımda olub . Fərqi yoxdur, qadın ya kişi . Mənim mərd dostlarım kifayət qədərdir və mən onlarla nəinki şəkillərimi, həyatımı, sirrimi, dərdimi belə paylaşmışam . Mən illərdir bir aparıcı kimi fəaliyyət göstərirəm və mənim əhatəmdə minlərlə, milyonlarla insan olur. O insanlarla saysız-hesabsız şəkillərim var. Tələbəlik illərimdən tutmuş ta indiyə qədər bu şəkillər mənim arxivimi zənginləşdirir və mən bu gün də olduğum, getdiyim bütün yerlərdə insanlarla şəkil çəkdirməyi xoşlayıram . Amma bu, mənim yanımda olan insanın - ələlxüsus da dünyasını dəyişmiş bir xanımın nişanlım olması qənaətinə gəlməyə əsas vermir. Dünyasını dəyişmiş bir insanın ruhunu incitmək günahdır. Gəlin, nə ölüləri şərləyək, nə də dirilərin xətrinə dəyək ... Bunun bədəlini ödəmək var". /open.az

OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan nefti BAHALAŞIB
Azərbaycan nefti BAHALAŞIB
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Konqoda Eboladan ölənlərin sayı açıqlandı
Konqoda Eboladan ölənlərin sayı açıqlandı