Azərbaycan İdeyası

Həbsxanada yatan əri üçün saçında heroin keçirən qadın yaxalandı

Tarix:1-10-2019, 11:56
Baxış Sayı:132


Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasına narkotik maddə keçirilməsi cəhdlərinin qarşısı alınıb.
end-ə verilən məlumata görə, Cinayət Məcəlləsinin 318.1; 206.3.2; 234.4.1 və 234.4.3-cü maddələrinə əsasən təqsirli bilinərək həbs edilmiş şəxs Əliyev Loğman Ağalar oğlu ilə qısamüddətli görüşə gəlmiş arvadı İmişli rayon sakini Əliyeva Nərminə Bəhmən qızı tərəfindən gətirilmiş sovqata və üzərinə baxış keçirilən zaman saçına bağladığı qara rəngli parçanın içərisində xüsusi üsulla gizlədilmiş 2 ədəd sellofan bükülüdə 1.875 qram narkotik maddə - heroin aşkar edilib.
Digər fakt üzrə, Cinayət Məcəlləsinin 206.3.2; 234.4.1; və 234.4.3-cü maddələrinə əsasən təqsirli bilinərək həbs edilmiş şəxs Əsədov Ceyhun Nəriman oğlu ilə qısamüddətli görüşə gəlmiş qardaşı Bakı şəhər sakini Əsədzadə Əmiş Nəriman oğlu tərəfindən gətirilmiş sovqata və üzərinə baxış keçirilən zaman cibində olan siqaret qutusunun içərisində gizlədilmiş 1 ədəd bükülüdə 0.389 qram narkotik maddə - marixuana aşkar edilib.
Hər iki faktla bağlı araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı