Azərbaycan İdeyası

Bakıda ağaclar kütləvi şəkildə kəsilib? - AÇIQLAMA - FOTO

Tarix:2-10-2019, 14:23
Baxış Sayı:119


Bu gün bəzi mətbuat orqanlarında paytaxtın Xətai rayonunda kütəvi şəkildə ağacların kəsilməsi ilə bağlı xəbər yayılıb. Məlumatda hadisənin Y.Səfərov küçəsində baş verdiyi bildirilib.
Korrupsiya-q.az xəbər verir ki, oxu.az faktla Xətai Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlayıb.
İcra hakimiyyətindən bildirilib ki, məlumat həqiqəti əks etdirmir.
Xətai Rayon İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri Pənah İmanov sözügedən sayta deyib ki, yayılan xəbər və videogörüntü iki il əvvələ aiddir:
"Çəkilən görüntülər Perinatal Mərkəzin arxasında yerləşən binanın həyətində qeydə alınıb. Y.Səfərov küçəsinə düşür. Həmin ərazidə iki il bundan əvvəl belə bir söhbət olmuşdu, ağacları kəsmək istəmişdilər. Lakin icra hakimiyyəti tərəfindən bunun qarşısı alınmışdı.
Bu günə qədər də həmin ərazi Mənzil Təsərrüfat Birliyinin, eləcə də, icra hakimiyyətinin nəzarətindədir. Orada ağaclar da əkilib. Qərəzli məlumatın hansı məqsədlə yayıldığını bilmirəm.
Ümumiyyətlə, ölkə başçısının tapşırıqlarına əsasən, paytaxt üzrə abadlaşdırma işləri aparılır. Heç bir ağac kəsimindən söhbət gedə bilməz".

OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan nefti BAHALAŞIB
Azərbaycan nefti BAHALAŞIB
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Konqoda Eboladan ölənlərin sayı açıqlandı
Konqoda Eboladan ölənlərin sayı açıqlandı