Azərbaycan İdeyası

Şəhid ailəsinin evi sökülür? - Rəsmi açıqlama

Tarix:9-07-2019, 16:45
Baxış Sayı:159

KORRUPSİYA-Q.AZ AZ

Abşeron Rayon İcra Hakimiyyəti son günlər Saray qəsəbəsi ərazisində tikilməkdə olan və şəhid ailəsinə məxsus yarımtikili evin sökülməsi barədə yayılan məlumatlara münasibət bildirib.

İcra Hakimiyyətindən Unikal.org-a göndərilən açıqlamada deyilir ki, RİH tərəfindən hər hansı bir tikilməkdə olan evin sökülməsi prosesi həyata keçirilməyib:

“Qeyd etmək istərdik ki, sözügedən ərazi kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə aiddir. Abşeron RİH aparatında, rayonun kənd və qəsəbələrində keçirilən səyyar görüş-qəbullarda, eləcə də mətbu orqanlarda vətəndaşlara torpaq və tikinti məcəlləsinin tələbləri dəfələrlə izah edilib, torpaq sahələrinin metal torla çəpərlənməsinə və kənd təsərrüfatı məhsullarının istehsalı üçün lazım olan qurğuların yüngül konstruksiyalarla quraşdırılmasına icazə verildiyi izah edilib.

Abşeron Rayon İcra Hakimiyyəti vətəndaşların diqqətinə çatdırır ki, rayon ərazisindəki torpaqların böyük əksəriyyəti kənd təsərrüfatı təyinatlıdır. Bu torpaqlar Abşeron ərazisində ancaq kənd təsərrüfatı məhsullarının istehsalı, əkin işlərinin aparılması üçün yararlıdır. Lakin bəzi hallarda torpaq sahələrindən təyinatı üzrə istifadə edilmədiyi də müşahidə edilməkdədir. Üstəlik, bu gün vətəndaşlar tərəfindən yüksək gərginlikli elektrik xətlərinin altında, magistral su və neft kəmərlərinin əhatə zonasında olan boş torpaq sahələrinin zəbt edilərək istifadə olunmasına çalışılır. Bunun yolverilməzliyi, qanunla qadağan olduğu izah edildikdə isə gətirilən arqumentlərlə razılaşmır və müxtəlif adlar altında özlərinə haqq qazandırmağa cəhd göstərilir. Hətta bəzi vətəndaşlar özlərinin çirkin əməllərini gizlətmək üçün imtiyazlı insanlardan istifadə etməyə çalışırlar. Qeyd etmək istərdik ki, Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən bütün şəhid ailələrinə və Qarabağ qazilərinə xüsusi diqqət və qayğı göstərilir”.

İcra hakimiyyəti vətəndaşlara müraciət edərək xahiş edib ki, torpaq sahələrindən təyinatına uyğun şəkildə istifadə etsinlər:

“Sonda qeyd olunmalıdır ki, bəzi elektron kütləvi informasiya vasitələri öz reytinqlərini artırmaq üçün müxtəlif vətəndaşlardan dəqiqləşdirməmiş, rayon icra hakimiyyətinin məsul işçilərindən məlumat almamış qərəzli şəkildə informasiyalar yayırlar. Onlardan xahiş edirik ki, hər hansı bir məlumatı yaymazdan əvvəl “KİV haqqında” qanunun tələblərindən irəli gələrək qarşı tərəfin - Abşeron RİH-nin də mövqeyini öyrənsinlər”.

OXŞAR XƏBƏRLƏR
Xəstələr nə vaxt dərmanları pulsuz alacaqlar, ilk növbədə kimlərə şamil olunacaq?
Xəstələr nə vaxt dərmanları pulsuz alacaqlar, ilk növbədə kimlərə şamil olunacaq?
Ronaldu və Corcina evlənirlər - Toyun təfərrüatı açıqlanıb
Ronaldu və Corcina evlənirlər - Toyun təfərrüatı açıqlanıb
Sumqayıtda zəncirvari qəza: Dörd avtomobil toqquşdu
Sumqayıtda zəncirvari qəza: Dörd avtomobil toqquşdu
KİV: FIFA klublararası DÇ ilə bağlı komandalara vəd olunan 250 milyon dolları ödəməyib
KİV: FIFA klublararası DÇ ilə bağlı komandalara vəd olunan 250 milyon dolları ödəməyib
Azərbaycan nefti BAHALAŞIB
Azərbaycan nefti BAHALAŞIB
Prezident Qarabağın bərpasında köməyə görə Qırğızıstana təşəkkür edib
Prezident Qarabağın bərpasında köməyə görə Qırğızıstana təşəkkür edib
HƏMAS-ın tərk-silah edilməsi prosesinə başlanılır?
HƏMAS-ın tərk-silah edilməsi prosesinə başlanılır?
Çolpon-Ata şəhərində İlham Əliyevin Sadır Japarovla təkbətək görüşü keçirilib
Çolpon-Ata şəhərində İlham Əliyevin Sadır Japarovla təkbətək görüşü keçirilib