Azərbaycan İdeyası

Bakıda maşınların sayı 50 min azalacaq - Bu qadağaya görə - VİDEO

Tarix:7-10-2019, 11:22
Baxış Sayı:109



Bu gündən etibarən paytaxtın şimal və cənub girişlərindən rayon qeydiyyatında olan avtomobillərin girişinə olan qadağaya nəzarət daha da gücləndirilir.
Korrupsiya-q.az Xezerxeber.az-a istinadən xəbər verir ki, bu məqsədlə yol polisi gücləndirilmiş rejimdə işləyir. Baş Dövlət Yol Polis İdarəsinin şöbə rəisi Kamran Əliyev rayon qeydiyyatı olan avtomobillərin paytaxta buraxılmaması ilə bağlı son vəziyyəti açıqlayıb. Bu üsulla paytaxdakı avtomobil sayının günlük ən azı 50 min azalacağı gözlənilir.
Kamran Əliyev Bakıda avtomobillə çox vacib işi olan rayon sakinlərinin problemlərini həll etmək üçün də kifayət qədər şəraitin yaradıldığını bildirib.
Rayon qeydiyyatında olan avtomobillərə gündüz vaxtı şəhər daxilində rast gəlinərsə, onlar paytaxdan çıxarılacaq. Bu zaman sürücülərə cərimə protokolu yazılmayacaq.
Baş Dövlət Yol Polis İdarəsinin rəsmisi IV İslam Həmrəyliyi Oyunları ilə bağlı paytaxtın sarı zolaq çəkilən küçələrində yerləşən iş yeri sahiblərinə və həmin ərazidə avtomobillərini park edən sürücülərə də müraciət ünvanlayıb. Zolaqların birində hərəkət məhdudlaşdırıldığı üçün bu ərazilərdə avtomobil park edənlərin maşınlarını ya binaların həyətində saxlamaları, ya da işə ictimai nəqliyyatla gəlmələri tövsiyə olunub.

OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan nefti BAHALAŞIB
Azərbaycan nefti BAHALAŞIB
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Konqoda Eboladan ölənlərin sayı açıqlandı
Konqoda Eboladan ölənlərin sayı açıqlandı