Azərbaycan İdeyası

Bakıda məscid yaxınlığında polis postları qurulub - FOTO

Tarix:12-10-2016, 14:11
Baxış Sayı:320

Bakıda məscid yaxınlığında polis postları qurulub - FOTO
Bakıda ''Aşura'' günü ilə əlaqədar polis gücləndirilmiş rejimdə işləyir. Criminal.az saytı xəbər verir ki, şəhərin bəzi yerlərində məscidlərə gedən yollarda maşınların hərəkəti dayandırılıb, polis postları qoyulub.

Oxucular Criminal.az saytına bildirib ki, 6-cı mikrorayon ərazisində Həzrəti İmam Əli məscidinə gedən yol da bağlanıb. İnsanlar məscidə getmək üçün maşınları kənarda saxlayaraq ayaqla getməyə məcbur olub.

Xatırladaq ki, bir neçə gün əvvəl Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini, polis general-mayoru Səhlab Bağırov bildirmişdi ki, paytaxtda Aşura mərasimlərinin keçiriləcəyi yerlərdə ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi ilə əlaqədar təhlükəsizlik tədbirləri gücləndiriləcək:

“Hər il olduğu kimi, bu il də Aşura günü ilə əlaqədar ictimai asayişin qorunması məqsədilə oktyabrın 12-i paytaxt polisi gücləndirilmiş iş rejimində çalışacaq, ictimai asayiş lazımı şəkildə təmin ediləcək”.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı