Azərbaycan İdeyası

İstiliyin "15 noyabr" tilsimi: Binalara istilik vaxtından əvvəl veriləcəkmi? – VİDEO

Tarix:7-11-2019, 11:24
Baxış Sayı:98



Havanın soyuq keçməsi artıq evlərdə istiliyə tələbat yaradıb. Amma nəzərə alsaq ki, yaşayış binalarına, müəyyən obyektlərə, o cümlədən uşaq bağçaları və məktəblərə istilik noyabr ayının 15-də veriləcək. Bu isə hər zaman olduğu kimi yenə də müəyyən qrup insanlarda narazılıq yaradır ki, bu istiliyi biraz tez vermək mümkün deyilmi?

ARB TV-nin “Günə Doğru” proqramında mövzu ilə bağlı maraqlı süjet hazırlanıb.

Sakin: “Hava soyuqdur, soyuq deyil onu fikirləşən yoxdur. Ona görə də ancaq noyabr ayının 15-ni gözləməliyik. 15-dən sonra istilik işə düşməlidir. Yaxşı olardı ki, istilik daha tez verilsin, çünki hava çox soyuqdur”.

Dünya təcrübəsində qış mövsümünə keçidi konkret tarixlə deyil, havadakı temperaturla müəyyən edirlər. Küçədə temperatur müsbət 10 dərəcədən aşağı düşəndə, artıq evlər istiliklə təhciz olunur.

Eyyub Hüseynov – AİB sədri: “Sovet vaxtından qalmış bu adət ləğv olunmalıdır. AİB olaraq bizə gələn çoxsaylı telefon zənglərinə əsasən deyə bilərəm ki, mütləq bu sistem dəyişməlidir. Havadan asılı olaraq, istilik sistemi işə salınmalıdır. İstilik sistemindən insanlar istifadə etməlidir”.

“Azəristiliktəhcizat” ASC-nin sahə rəisi Rövşən Tağıyev deyir ki, qış mövsümünə hazırlıq işləri artıq başa çatıb. Əgər havaların soyuması ilə əlaqədar əlavə sərəncam olarsa, istiliyin vaxtından tez verilməsi mümkündür.

Rövşən Tağıyev – Sahə rəisi: “Bu sovet hokumətinin vaxtından qalan 15 noyabrdan aprelin 15-dək istilik mövsümüdür. Keçən il noyabrın 12-dən başlamışıq. Aprel ayının 15-nə qədər istilik mövsümü davam edib. Yəni havalar kəskin dəyişilərsə, hansı gündən sərəncam olarsa, işə qoşmağa hazırıq”.

Builki qış mövsümündə paytaxtda 550 qazanxana və 90 istilik məntəqəsinin işlək vəziyyətdə olması planlaşdırılır.

Rövşən Tağıyev – Sahə rəisi: “Bu qazanxanalardan, istilik məntəqələrindən 3850 yaşayış binası, 290 məktəb 160 səhiyyə obyekti, 150 uşaq bağçası və 1600-ə qədər kommersiya obyekti istiliklə təmin olunacaq”.

Biləcəri qəsəbəsində əlavə qazanxananın işə düşməsi ilə 5 yaşayış binası istiliklə təmin olunacaq.

OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan nefti BAHALAŞIB
Azərbaycan nefti BAHALAŞIB
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Konqoda Eboladan ölənlərin sayı açıqlandı
Konqoda Eboladan ölənlərin sayı açıqlandı