Azərbaycan İdeyası

Daha iki şirkət yeni radio üçün müsabiqəyə sənəd verdi

Tarix:9-12-2019, 12:52
Baxış Sayı:117


Milli Tеlеviziya və Radiо Şurasının (MTRŞ) ümumrespublika radio kanalının açılması üçün Bakı və Abşеrоn ərazisində 102,0 MHz işçi tezliyi üzrə elan etdiyi müsabiqəyə sənədlərini təqdim edən şirkətlərin sayı artıb.
Korrupsiya-q.az xəbər verir ki, bunu "Report”a açıqlamasında MTRŞ-nin Hüquq və beynəlxalq əlaqələr şöbəsinin müdiri Nemət Cavadov deyib.
Onun sözlərinə görə, daha iki şirkət sənədlərini MTRŞ-a təqdim edib: "Bununla da Bakı və Abşеrоn ərazisində 102,0 MHz işçi tezliyi üzrə elan etdiyi müsabiqəyə sənədlərini təqdim edən şirkətlərin sayı 4 olub. Müsabiqə müddəti tam başa çatandan sonra müraciət edən şirkətlərin adları açıqlanacaq. Müsabiqənin vaxtının uzadılması isə gözlənilmir".
Qeyd edək ki, sənəd qəbuluna noyabrın 12-dən başlanılıb və dekabrın 12-dək davam edəcək. Sənədlər MTRŞ-nin inzibati binasında saat 10:00-dan 18:00-dək qəbul olunur.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı