Azərbaycan İdeyası

TOYUQ HINI.

Tarix:4-02-2020, 11:21
Baxış Sayı:917

Kənddə yaşayanlar, toyuq - cücə saxlayanlar bilirlər ki, toyuqlara təzə hin tikəndə onları o təzə hinə salmaq olmur bir neçə gün. Elə köhnə hinlərini axtarırlar. And ola Allaha ki, toyuqlar şivən salırlar köhnə, əvvəlki, öyrəşdikləri hindən ötəri !.Yəni toyuq da öyrəşdiyi ocağından ayrılmaq istəmir !. Yəni bizlər toyuq qədərdəmi olmadıq ?.
Xan Şuşinsikiyə, Səxavət Məmmədova, Qədir Rüstəmova qulaq asanda özümə nifrət edirəm ki, belə səsi olan millətin torpağı işğalda ola bilməz !. Bu səslərin içimdə oyatdığı hisslər məni boğur, qəhərləndirir. Ağdam deyə - deyə lay - lay deyən ay Qədir Rüstəmov, üzü qara gələcəyik yanına. Ay Xan, Şuşanın dağları başı dumanlı deyil, Şuşanın başını qara buludlar aldı, Şuşanın başına dünyanın ən böyük xaçını basdırdılar. Ruhunuz tüpürür üzümüzə, üzü qarayıq yanınızda. Bizi bağışlamayın...

Açsan gözünü, pəncü məşəqqət görəcəksən,
Millətdə qəm, ümmətdə kudurət görəcəksən,
Qıldıqca nəzər millətə heyrət görəcəksən,
Çək başına yorğanını, nikbətdən ayılma !
Laylay, bala, laylay !
Yat, qal dala, laylay !- M.Ə. Sabir

Korrupsiya və Qanun qəzetinin əməkdaşı
Həsən Həsənov

OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan nefti BAHALAŞIB
Azərbaycan nefti BAHALAŞIB
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Konqoda Eboladan ölənlərin sayı açıqlandı
Konqoda Eboladan ölənlərin sayı açıqlandı