Azərbaycan İdeyası

FƏRQI ÇIXARMAQ...

Tarix:4-02-2020, 11:20
Baxış Sayı:109

90 - cı illərin axırı idi, Rusiyanın Nijni - Novqorod şəhərində yaşayırdım, qardaşımgil Azərbaycandan pomidor gətirmişdilər, bir KAMAZ. Yaşadığım Sovetski rayonun bir neçə yerində ticarət toçkası qoyub satmaq üçün həmin rayonun icra hakimiyyətinə ( adminisrtrasiya rayona ) gəldim. İcranın binasına girmək istəyəndə gördüm ki, sadə formada geyinmiş, əlində bağ qayçısı və su şlanqı olan bir nəfər gülləri sulayır. Yaxınlaşıb salam verdim və soruşdum ki, icra başçısı hansı otaqda oturur. Bu adam mənə dedi ki, 2 - ci mərtəbədə, sizə nə lazımdır ?. Məsələni dedim. Gülümsəyərək dedi : " Nə yaxşı, Azərbaycan pomidoru çox dadlıdır, icra başçısı mənəm, 5 dəqiqə gözlə, əziyyət çəkib yuxarı çıxma, pasportunu ver izacəni gətirirəm ". 5 dəqiqə keçmədi gətirdi verdi.
Gəldim Azərbaycana, tay adını yazmıram, bir rayonun icra hakimiyyətinə işim düşmüşdü, yaxınlaşdım icranın binasına gördüm bir nəfər əlində bağ qayçısı və su şlanqı gülləri sulayır ( fikrim getdi Nijni - Novqoroda ), elə bu adama yaxınlaşmışdım ki, bir qaça - qaç başdadı ki, " ayə, qaçın, qaçın icra başçısı gəlir, tez, tez ordan uzaqlaşın !! "... Tay nə deyim, yəqin hər şey aydın oldu dənə


Həsən Həsənov

OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan nefti BAHALAŞIB
Azərbaycan nefti BAHALAŞIB
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Konqoda Eboladan ölənlərin sayı açıqlandı
Konqoda Eboladan ölənlərin sayı açıqlandı