Azərbaycan İdeyası

Evləndikləri yerdə bir həftə sonra yas mərasimləri oldu - FOTO

Tarix:13-01-2020, 14:27
Baxış Sayı:93

İranın “səhvən” vurduğu təyyarədə ölənlər arasında olan yeni evli cütlüklərin hekayəsi hamını kədərləndirib.
“Haber Global”ın verdiyi xəbərə görə, təyyarədə həlak olmuş cütlüklərdən biri Sara Mamani və Savaş Qafur-Azər Kanadanın Montreal şəhərində “Concordia Universiteti”ndə tanış olublar.
Onlar həmin universitetin mühəndislik fakültəsini bitirib, eyni ixtisas üzrə işləyiblər. Bir müddət bərabər yaşayan cütlük Montrealda ev də alıblar.
Daha sonra ailələrinin tanış olması üçün İrana gələrək orada toy edən Sara Mamani və Savaş Qafur-Azərin bir həftə sonra eyni şadlıq evində yas mərasimi keçirilib.
Qəzada həyatlarını itirən daha bir cütlük, Araş Pourzarabi və Punə Gorji də Kanadadan İrana evlənməyə gəliblər. Onlar Tehranda kompüter mühəndisliyi üzrə aldıqları təhsili davam etdirmək üçün 2017-ci ildə Kanadaya gediblər.
İranda toy mərasimlərindən sonra Kanadaya qayıdan cütlük dəhşətli qəzanın qurbanı olublar.
Qeyd edək ki, qəzada 82 İran, 63 Kanada, 11 Ukrayna, on İsveç, dörd Əfqanıstan, üç Almaniya və üç Böyük Britaniya vətəndaşı həlak olub.

OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan nefti BAHALAŞIB
Azərbaycan nefti BAHALAŞIB
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Konqoda Eboladan ölənlərin sayı açıqlandı
Konqoda Eboladan ölənlərin sayı açıqlandı