Azərbaycan İdeyası

Amerikalı həkim: "Üçüncü dalğa yaxınlaşır"

Tarix:13-07-2020, 11:12
Baxış Sayı:137


Amerikalı həkim Çad Kriliç yeni növ koronavirus infeksiyasının daha bir dalğasının yaxınlaşdığını proqnozlaşdırıb.

Korrupsiya-q.az xarici mediaya istinadən xəbər verir ki, mütəxəssisin fikrincə, dövlətlər və insanlar lazımi tədbirlər görməzsə, yoluxanların sayı daha da artacaq. O xatırladıb ki, ABŞ mayda məhdudiyyətləri aradan götürməyə başladıqdan sonra xəstələnənlərin sayı artıb. Kriliç əsas diqqəti insanları dərman vasitələri, test sistemləri və qoruyucu vasitələrlə təmin etməyə yönəldib.
Bununla belə, qripin yayılması fonunda dünyanı koronavirusun daha bir – üçüncü dalğası da gözləyir. Həmin dalğanın meydana gəlməsi insanların davranışlarından və Covid-19 peyvəndinin tapılmasından asılı olacaq.
“Bu, üç aktlı oyun kimi bir şeydir və biz indi ikinci aktdayıq. Daha sonra üçüncü olacaq”, – deyə Kriliç bildirib.
Qeyd edək ki, hazırda dünyada 12 milyondan çox koronavirus xəstəsi var.

Qafqazinfo.az

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı