Azərbaycan İdeyası

Milad bayramı fırıldaqdır!` - Papadan sensasion açıqlama

Tarix:25-12-2015, 10:42
Baxış Sayı:372

Milad bayramı fırıldaqdır!` - Papadan sensasion açıqlama




Milad bayramı ilə bağlı həmişə hiss etdiyim sevinci, şadlığı bu il duymuram. Bütün dünyanın mübtəla olduğu dərdlər, problemlər, müharibələr, iqtisadi böhranlar şəraitində Miladı bayram etmək saxtakarlıq, mənasızlıq, fırıldaqdır".
Bütün dünya katoliklərinin başçısı, Roma Katolis Kilsəsinin rəhbəri Papa 1-ci Fransisk dünən Vatikandakı Müqəddəs Pyotr Kilsəsindəki keçirdiyi Milad ibadətində belə deyib.
ABC bildirir ki, Roma Papası postunda 3-cü Miladını qarşılayan, təqribən 1,2 milyard katolikin lideri olan 1-ci Fransisk moizəsində söyləyib: "İstehlak yanğısına tutulan, zahiri parıltı ilə kor olanlar həyatın danılmaz və unudulmaz dəyərlərini xatırlamalıdır. Varlanmaq hərisliyi, bədxərclik, pulgirlik, təşəxxüs və vurnuxma ruhundan sərxoş olmuş cəmiyyətdə İsa Məsih bizi təmkinli həyata, yəni sadəliyə, ardıcıllığa, mühüm olan nəsnələri görməyə və anlamağa çağırır. Hər insan İsanın sadəliyinin onun qəlbini dolduraraq həyata ruhlandırmağa imkan verməlidir. Əksər hallarda günahkara amansız, günaha isə güzəştli olan bu dünyada Tanrının istəyini dərk etmək üçün özümüzdə ədalət hissini inkişaf etdirməli, ədalətlə davranmalıyıq. Milad kim olduğumuzu bir daha düşünmək üçün zamandır".
Qeyd edək ki, Roma Papasının Milad moizəsini dinləmək üçün Müqəddəs Pyotr Kilsəsinə 10 min insan yığışmışdı.
Bu gün isə Roma Papası Müqəddəs Pyotr Kilsəsinin eyvanına çıxaraq ənənəvi "Urbi et Orbi" (Şəhərə və dünyaya) müraciətini oxuyacaq.

OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan nefti BAHALAŞIB
Azərbaycan nefti BAHALAŞIB
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Konqoda Eboladan ölənlərin sayı açıqlandı
Konqoda Eboladan ölənlərin sayı açıqlandı