Azərbaycan İdeyası

“Zamanın elçisi xalça” adlı bayram tədbiri keçirildi - FOTO

Tarix:17-11-2015, 15:45
Baxış Sayı:481

[img=left]http://oxu.azstatic.com/uploads/W1siZiIsIjIwMTUvMTEvMTcvMTQvMzQvMjkvOTYxLzE0NDc2OTg1Mjg5MjUzNDQzNl8xMDAweDY2OS5qcGciXSxbInAiLCJlbmNvZGUiLCJqcGciLCItcXVhbGl0eSA4MCJdLFsicCIsInRodW1iIiwiNjIweDQ2NVx1MDAzZSJdXQ?sha=3e440da3[/img]




Azərbaycan Xalça Muzeyində.

Noyabrın 16-da Azərbaycan Xalça Muzeyində Azərbaycan Xalçası Günü və görkəmli alim, xalçaçı rəssam Lətif Kərimovun doğum gününə həsr olunmuş “Zamanın elçisi xalça” adlı bayram tədbiri keçirilib.

“Korrupsiya və qanun” saytı xalça sənəti Azərbaycan dövlətinin, onun ali siyasi rəhbərliyinin daim diqqət mərkəzində olub. Dövlətimizin milli irsimizə qayğısının nəticəsində 7 dekabr 2004-cü il tarixli fərman ilə təsdiq edilən “Azərbaycan xalça sənətinin qorunması və inkişaf etdirilməsi haqqında” qanun qəbul edilib. Bu qanuna əsasən Azərbaycanda ənənəvi xalça bayramı keçirilməsi nəzərə alınıb.Bayramın məqsədi xalça sənətinin milli irsimizin yaşadılması və gələcəyə çatdırılmasıdır.

Azərbaycan xalçası 2010-cu il 16 noyabr tarixindən artıq dünya mədəniyyətinin tərkibinə daxil edilib. Belə ki, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın şəxsi təşəbbüsü ilə həmin tarixdə Azərbaycan xalçası UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsinin Reprezentativ Siyahısına daxil edildi. Ona görə də qərara alındı ki, hər il 16 noyabr tarixi ölkəmizdə Xalça Bayramı Günü kimi qeyd edilsin.

Azərbaycan Xalça Muzeyinin mətbuat xidməti rəhbəri Fuad Rəsulun Oxu.Az-a verdiyi məlumata görə, tədbir çərçivəsində muzeyin ekspozisiyasında “Tarix yazan xalçalar” adlı el sənətkarlarının toxuduğu xalçalardan, L.Kərimovun doğum gününə həsr olunmuş “Bir ömrün sehirli ilmələri” adlı sərgisi və Lətif Kərimovun sənətindən bəhrələnən Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının, Mədəniyyət və İncəsənət Universitetinin tələbələrinin və Humanitar Kollecin məzunlarının əsərlərinin “Sənəti yaşadanlar” adlı sərgilərin açılışı olub.

Xalq sənətkarlarının toxuduğu xalçalardan ibarət “Tarix yazan xalçalar” adlı sərgini muzeyin direktoru, sənətşünaslıq elmləri doktoru, professor Röya Tağıyeva açaraq milli irsimiz olan xalçaların dünya mədəniyyətinin tərkib hissəsi olduğunu bildirib.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı