Azərbaycan İdeyası

Böyük Britaniya Qarabağda işğalçılara silah satır – FOTO

Tarix:1-02-2016, 11:57
Baxış Sayı:374

Böyük Britaniya Qarabağda işğalçılara silah satır – FOTO




Böyük Britaniyanın Ermənistana snayper tüfənglərini satmasına dair yeni faktlar ortaya çıxıb.
"Korrupsiya və Qanun" saytı “AzeriDefence”ə istinadən xəbər verir ki, “Kontakt” sosial şəbəkəsində ermənilərə məxsus hərbi səhifədə Ermənistan Müdafiə Nazirliyinin ordu snayperlərinin Fransa istehsalı “PGM Mini-Hecate” və İngiltərənin adıçəkilən şirkətinin istehsalı olan “Arctic Warfare .338 LM” snayper tüfəngləri ilə təlimlərinin fotosu yayılıb.
Ermənilərin paylaşımından bir daha məlum olur ki, snayper tüfəngləri Qarabağdakı hərbi birləşmələrin istifadəsinə verilib.
Xatırladaq ki, ötən ilin aprel ayında Böyük Britaniyanın Azərbaycandakı səfirliyi İngiltərədə yerləşən “Accuracy International” şirkətinin Ermənistana snayper tüfəngləri satması barədə xəbərini təkzib edərək bu ölkəyə 2 ədəd silahın Fransa şirkəti tərəfindən sərgi məqsədi ilə gətirildiyini bildirmişdi.
Lakin həmin vaxt “Accuracy International” şirkətinin nümayəndəsinin “AzeriDefence”yə Ermənistana silahın Gürcüstanda yerləşən diler firma üzərindən satıldığını söylədiyini qeyd etmişdik.
Qeyd edək ki, məsələ ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyi də məlumat yaymışdır. Rəsmi Bakı Böyük Britaniyanın istehsalı olan snayper tüfənginin işğal edilmiş Azərbaycan ərazilərində Ermənistan tərəfindən istifadə edilməsindən ciddi narahatlığını ifadə etmişdir.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı