Azərbaycan İdeyası

Rusiyaya qarşı sanksiyalar bir il də uzadıldı

Tarix:17-06-2016, 19:21
Baxış Sayı:467

Rusiyaya qarşı sanksiyalar bir il də uzadıldı
Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı sanksiyaların müddətini bir il də artırıb. Anspress-in məlumatına görə, Rusiya ilə Qərbin münasibətləri Ukraynadakı vəziyyətlə bağlı pisləşib.

Ona görə Aİ Rusiyaya qarşı üç sanksiya paketi tətbiq edib:

* 2016-cı il sentyabrın 15-dən qüvvədə olacaq individual sanksiyalar;
* İyulun 31-dək qüvvədə olacaq sektor sanksiyaları;
* İyunun 23-dək qüvvədə olmalı olan Krıma qarşı sanksiya.

Hazırda müddəti uzadılan sanksiyalar Krıma qarşı olanlardır. Aİ bu sanksiyaların müddətini 2017-ci il iyunun 23-dək uzadıb.

Rusiya sanksiyalara cavab olaraq Qərb ölkələrindən ərzaq idxalını məhdudlaşdırıb. Ərzaq embarqosu 2016-cu il avqustun 5-dək qüvvədə olacaq.

Bu il mayın 27-də G7 ölkələri Rusiyaya qarşı sanksiyaların müddətinin uzadılması barədə razılığa gəlmişdilər. Bu barədə Böyük Britaniyanın baş naziri Devid Kemeron bildirmişdi.

Yaponiyada keçirilən G7 sammitinin yekunları barədə danışan Devid Kemeron "yeddiliyin" Rusiyaya qarşı sanksiyalarının iyun ayında uzadılacağını bildirmişdi.

Daha əvvəl də "Böyük 7-lik" iştirakçıları birgə bəyannamə yaymışdı. Bəyannamədə lazım gələrsə, Rusiyaya qarşı yeni sanksiyaların da tətbiq ediləcəyi qeyd edilmişdi.

Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov G7-nin "Minsk rasılaşmaları" ilə Rusiyaya qarşı sanksiyaların əlaqələndirilməsi haqqında səsləndirdiyi bəyanatları cəfəngiyat adlandırıb. Siyasətçi onu da əlavə edib ki, Rusiya və Ukrayna münaqişə tərəfləri deyil.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı