Azərbaycan İdeyası

DƏHŞƏT: Bu ölkədə qadınların üzü yandırılır - FOTOLAR 18+

Tarix:9-08-2016, 10:37
Baxış Sayı:433

DƏHŞƏT: Bu ölkədə qadınların üzü yandırılır - FOTOLAR 18+
Üzünə yandırıcı kimyəvi maddə tökülmüş... şikəst və qorxunc... depressiyaya düşmüş... - Kolumbiyada turşu hücumuna məruz qalmış qadınların acınacaqlı vəziyyəti ürəkləri göynədir. Criminal.az publika.az-a istinadən bildirir ki, 6 il ərzində 700-ə yaxın kolumbiyalı qadın eybəcər hala düşüb, bu ilin göstəricisi artıq 2011-ci ildəkini keçib. Bu fiqurlar belə hücumlarla ad çıxaran Pakistan və Banqladeşlə müqayisəyə imkan yaradır. BBC-nin məlumatına görə, hər gün 150 pakistanlı qadın belə hücuma məruz qalır.

Baxmayaraq ki, Kolumbiya əhalisinin sayı təqribən Pakistandakından 4 dəfə azdır, amma bu ölkədə hücumlar daha sürətlə artır. Ekspertlər inanır ki, orada qurbanların sayı bəyan ediləndən çoxdur. 32 yaşlı "turşu qurbanı" Viviana Ernandez BBC-yə deyib ki, qorxularından səslərini çıxara, aidiyyatı qurumlara müraciət edə bilmirlər.

Ernandez 9 il əvvəl hücuma məruz qalıb. Üzü, sinəsi, qolların yanıb... Sol gözünün qapağını itirib... O inanır ki, bunu edən əridir, hücumu onun evə qayıtmaqdan imtina etdiyinə görə təşkil edib: "Turşunu ərim özü atmayıb, bunun üçün adam tutub. Məqsəd zərər verməkdir, öldürmək yox. Özü də ömrünün sonuna qədər qalacaq zərər".

Xanım Ernandez kimi qurbana çevrilənlər əsasən keçmiş sevgililəri tərəfindən və ya hadisə zamanı 22 yaşı olan karnaval iştirakçısı Mariya Fernanda Nunyez kimi xarici görünüşlərinə görə hücuma məruz qalır. Keçmiş "Miss Kolumbiya" iştirakçısına 2010-cu ildə valideynləri ilə karnaval məşqindən qayıdanda, evinin yanında hücum olmuşdu. Kolumbiyanın Kukuta şəhərinin səlahiyyətli orqanları hücum edənləri axtarırlar. "Colombia Reports"un xəbərinə əsasən, hücuma görə hələ də heç kim həbs olunmayıb. Ölkədə əvvəl hücuma görə cəza 6 aydan 2 ilə qədər idi.

Hüquq nümayəndələrinin səyi nəticəsində cəza maksimum 20 ilə qədər qaldırılıb, əlavə olaraq qurbanlara müdafiə və hərtərəfli qayğı təminatı tələb edilib. 15 il əvvəl sevgilisi tərəfindən hücuma məruz qalan 56 yaşlı Konsuelo Kordoba indi infeksiyanı önləmək üçün maska və nəfəs almaq üçün boru taxmaq məcburiyyətindədir. Bu gün o, başqa turşu qurbanları kimi zahiri görünüşünə görə iş tapa bilmədiyi üçün Boqota bazarında xırda pul dilənir. "Mən intihar etmək barədə düşünmüşdüm, 3 dəfə həyatıma son verməyi fikirləşirdim. Öz-özümə dedim ki, mən niyə yaşayıram? Yaşadığım həyat nəyə dəyir axı?" - xanım Kordoba NPR-ə danışıb. "Mənim mükəmməl dişlərim vardı. Çox gözəl idim... ancaq indi məhv olmuşam."

Xanım Kordoba kimi, 31 yaşlı Qloriya Piamba da keçmiş sevgilisi tərəfindən kimyəvi turşu ilə yandırıldıqdan sonra Boqotada iş tapa bilmədiyini və intihar etmək niyyətində olduğunu deyir. Ağzının ətrafını maska ilə örtən və boru vasitəsi ilə nəfəs alan qadın "Reusters"ə deyib: "Bu görünüşlə mənə kim iş verəcək?" Hücum edən ərindən balaca oğlu var. Uşağın qayğısına o, qalmalıdır. O, 6 yaşlı oğluna ilk dəfə üzünü açanda oğlu "Ana, gəl sənə bunu edəni gedib öldürək" - deyib -"Mən böyüyəndə iş tapacam və sənə üzünü sağaltmaq üçün xüsusi krem alacam".

Anasının dediyinə görə, o, hələ də hadisənin təfərrüatlarını bilmir, ancaq psixoloqun məsləhətləri ilə bəzi şeyləri öyrənib. "Həkimlər mənə üzüm barədə unutmağı dedilər. Bu sözlər məni az qala öldürdü. Xəstəxananın 7-ci mərtəbəsindən özümü atmağı düşündüm. Amma oğluma görə sağ qaldım. Onu tək qoymağa gücüm çatmadı".
DƏHŞƏT: Bu ölkədə qadınların üzü yandırılır - FOTOLAR 18+
DƏHŞƏT: Bu ölkədə qadınların üzü yandırılır - FOTOLAR 18+

OXŞAR XƏBƏRLƏR
The New York Times Naftalandan elə şeylər yazdı ki! TƏFSİLAT
The New York Times Naftalandan elə şeylər yazdı ki! TƏFSİLAT
Kim kimə borc vermək istəsə, Fəqan Şabanovla məsləhətləşsin Yüksək vəzifəli icra məmuru: “Malı verəndə bizə demişdin ki, indi də bizdən istəyirsən?”+VİDEO!
Kim kimə borc vermək istəsə, Fəqan Şabanovla məsləhətləşsin Yüksək vəzifəli icra məmuru: “Malı verəndə bizə demişdin ki, indi də bizdən istəyirsən?”+VİDEO!
Boşanmış ər keçmiş arvadı ilə bölünməli olan əmlakı öz anasına necə bağışlayıb?
Boşanmış ər keçmiş arvadı ilə bölünməli olan əmlakı öz anasına necə bağışlayıb?
Azərbaycanda ər arvadını bıçaqlayıb qaçdı
Azərbaycanda ər arvadını bıçaqlayıb qaçdı
Dollar bahalaşıb? - RƏSMİ MƏZƏNNƏ
Dollar bahalaşıb? - RƏSMİ MƏZƏNNƏ
Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir
Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir
1) 2021-2023-cü illərdə Saatlı rayonunda “İdmanın əsas göstəriciləri haqqında” məlumat
1) 2021-2023-cü illərdə Saatlı rayonunda “İdmanın əsas göstəriciləri haqqında” məlumat
Bakının bu ərazisində qaz olmayacaq
Bakının bu ərazisində qaz olmayacaq