Azərbaycan İdeyası

Trampdan İrana sərt mesaj: "Daha ağır zərbələr endirəcəyik"

Tarix:Bu gün, 11:00
Baxış Sayı:2

Trampdan İrana sərt mesaj: "Daha ağır zərbələr endirəcəyik"Amerika Birləşmiş Ştatları tərəfindən İslam Respublikasının ərazisindəki hədəflərə endirilən zərbələrə baxmayaraq, Vaşinqton və Tehran arasındakı atəşkəs rejimi qüvvədə qalır.
Bu fikri Ağ Ev rəhbəri Donald Tramp "ABC News" telekanalının müxbiri Reyçel Skotta verdiyi müsahibədə səsləndirib.

"Xeyr, barışıq davam edir, o qüvvədədir", - deyə Skott "X" platformasında yeni hücumların atəşkəsin pozulması hesab olunub-olunmaması ilə bağlı sualına ABŞ liderinin bu cavabı verdiyini bildirib.

Prezident ABŞ Hərbi Dəniz Qüvvələrinin esmineslərinə edilən hücumlara cavab olaraq atılan addımları "yüngül təkan" kimi qiymətləndirib.

Bundan başqa, Donald Tramp "Truth Social" hesabında paylaşım edərək bildirib ki, İran qısa müddət ərzində Vaşinqtonla saziş bağlamasa, ABŞ silahlı qüvvələri daha sərt və amansız hücumlar həyata keçirəcək.

"Biz bu gün onlara yenə zərbə vurduq və əgər onlar cəld şəkildə sazişi qəbul etməsələr, onlara qat-qat ağır və daha sərt zərbələr endirəcəyik", - deyə Tramp vurğulayıb.

* SON DƏQİQƏ: Pentaqon hərəkətə keçdi: İranın komanda mərkəzləri hədəfə alındı - VİDEO

* SEPAH-dan ABŞ esmineslərinə qarşı genişmiqyaslı əməliyyat: "Böyük itkilər verərək uzaqlaşdılar"

ABŞ Prezidenti həmçinin qeyd edib ki, üç Amerika esminesi atəş altında Hörmüz boğazından uğurla keçib və həmin gəmilərə heç bir ziyan dəyməyib. Onun sözlərinə görə, hücum edən İran qüvvələrinə ciddi zərbələr endirilib, çoxsaylı kiçik qayıqlar məhv edilib, esmineslərə atılan raketlər zərərsizləşdirilib və dron hücumlarının qarşısı alınıb.

Tramp paylaşımında İranı "normal dövlət olmadığını" iddia edərək, Tehranın nüvə silahı əldə etməsinə heç vaxt imkan verilməyəcəyini də bildirib.

Trampdan İrana sərt mesaj: Daha ağır zərbələr endirəcəyik

Eyni zamanda, İranın "Press TV" telekanalı ABŞ və İran arasında baş verən qarşılıqlı atışmalardan sonra Hörmüz boğazı yaxınlığında və sahil şəhərlərində vəziyyətin sabitləşdiyini açıqlayıb.

"Son bir neçə saat ərzində davam edən qarşılıqlı atışmalardan sonra hazırda İran adalarında və Hörmüz boğazı yaxınlığındakı sahil şəhərlərində vəziyyət tamamilə normallaşıb", - deyə telekanalın məlumatında qeyd olunub.

İran-ABŞ gərginliyi

OXŞAR XƏBƏRLƏR
Türkiyədə 126 gün sonra qar uçqunu altından cəsədi çıxarılan çobanın faciəsi: Üzərində tapılanlar kədərləndirdi - FOTO
Türkiyədə 126 gün sonra qar uçqunu altından cəsədi çıxarılan çobanın faciəsi: Üzərində tapılanlar kədərləndirdi - FOTO
Paytaxtda fəaliyyət göstərən mağazadan şikayət: Polis hərəkətə keçdi
Paytaxtda fəaliyyət göstərən mağazadan şikayət: Polis hərəkətə keçdi
Trampdan İrana sərt mesaj: "Daha ağır zərbələr endirəcəyik"
Trampdan İrana sərt mesaj: "Daha ağır zərbələr endirəcəyik"
FIFA-nın "Neftçi"ni hansı futbolçuya görə cəzalandırdığı MƏLUM OLDU
FIFA-nın "Neftçi"ni hansı futbolçuya görə cəzalandırdığı MƏLUM OLDU
Bakıda daşınmaz əmlak bazarında YENİ TENDENSİYA
Bakıda daşınmaz əmlak bazarında YENİ TENDENSİYA
Sabah 22 dərəcə isti olacaq - 08.05.2026
Sabah 22 dərəcə isti olacaq - 08.05.2026
Birinci sinfə 100 minə yaxın şagird qəbul edilib
Birinci sinfə 100 minə yaxın şagird qəbul edilib
Sarayda avtomobil PARTLAYIB: Xəsarət alan var
Sarayda avtomobil PARTLAYIB: Xəsarət alan var