Azərbaycan İdeyası

Rusiyada miqrantlar üçün YENİ QƏRAR

Tarix:5-08-2026, 11:30
Baxış Sayı:4

Rusiyada miqrantlar üçün YENİ QƏRAR
Rusiya Federasiyası Dövlət Dumasının spikeri Vyaçeslav Volodin 2026-cı il avqustun 6-dan etibarən xarici vətəndaşlara sim-kartların satışı qaydalarını sərtləşdirən federal qanunun qüvvəyə minəcəyini açıqlayıb.

Parlament sədri bununla bağlı sosial media hesabında məlumat yayıb.

Sənədə əsasən, cihazın IMEI-kodu göstərilmədən və ya yanlış məlumatlar daxil edilməklə rabitə xidmətlərinin göstərilməsi barədə müqavilə bağlamağa görə cinayət məsuliyyəti nəzərdə tutulur.

Bundan sonra əcnəbi və ya vətəndaşlığı olmayan şəxslə müqavilə bağlanarkən qanunvericiliyin pozulması cinayət məsuliyyəti yaradacaq.

V.Volodin sosial şəbəkə hesabında qeyd edib ki, söhbət miqrantlara istifadə edəcəkləri mobil telefonun identifikatoru (IMEI-kodu) göstərilmədən sim-kartların satılmasından və ya müqaviləyə qəsdən yalan məlumatların daxil edilməsindən gedir.

Spikerin sözlərinə görə, qaydanı pozanlar üçün 500 000 rubla qədər cərimə və ya bir ilə qədər azadlıqdan məhrumetmə cəzası tətbiq olunacaq. Bu yenilik mobil cihazların IMEI-kodları bazasının yaradılmasını nəzərdə tutan "Antifrod 2.0" tədbirlər kompleksinin bir hissəsidir. Həmin baza rabitə operatorları və dövlət orqanları tərəfindən formalaşdırılacaq ki, bu da dələduzların istifadə etdiyi sim-kartları aşkarlamağa kömək edəcək.

Həmçinin, 2025-ci ilin əvvəlindən Rusiyada əcnəbilərin sim-kart alması prosesi daha da çətinləşdirilib. Bir nəfərə öz adına korporativ nömrələr də daxil olmaqla, ən çoxu 10 telefon nömrəsi qeydiyyatdan keçirməyə icazə verilib. Müqavilənin rəsmiləşdirilməsi üçün SNİLS, "Qosusluqi" (Dövlət Xidmətləri) portalında hesab və biometrik məlumatlar vasitəsilə şəxsiyyətin təsdiqlənməsi tələb olunacaq.

OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan nefti BAHALAŞIB
Azərbaycan nefti BAHALAŞIB
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Konqoda Eboladan ölənlərin sayı açıqlandı
Konqoda Eboladan ölənlərin sayı açıqlandı