Azərbaycan İdeyası

Belə toy olmamışdı: bəy qaçdı, gəlinin anası evsizləri doyurdu

Tarix:19-10-2015, 15:31
Baxış Sayı:431

Kuinn Dueyn bu günü səbirsiziklə gözləyirdi, çünki ailə quracaqdı, sevdiyi insana ərə gedəcəkdi. Lendon Borup onu çox sevdiyini deyirdi.
Kuinnlə Lendon 2011-ci ilin aprelində görüşməyə başlamışdılar. Onlar ötən ilin aprelində nişanlanmışdılar.
ABŞ-ın Sakramento şəhərindəki lüks "Citizen Hotel"də toy üçün iki zal sifariş verilmiş, masalara ləziz təamlar və bahalı içkilər düzülmüşdü.
Toy günü gəlib çatdı, amma Kuinn üçün bu gün çox pis başladı.
Nikah mərasimi başlamamış bəy qaçıb aradan çıxmışdı.
Yarım saat sonra toy başlanmalıydı, lakin 27 yaşlı bəy yoxdu.
"Korrupsiya və Qanun" qəzetinə istinadən Milli.Az KCRA-ya istinadən bildirir ki, bəyin qaçdığı bəlli olandan sonra gəlin ağlamağa, hönkürməyə başlamışdı.
Kuinn Dueynin anası Kerinin dediyinə görə, həmin anlarda çox qəzəblənmişdi.
"Hirsimdən nə edəcəyimi bilmirdim. O yaramaz qızımı aldatmış, bizi biabır etmişdi. Son anda fikrini dəyişdiyini, toydan vaz keçdiyini söyləyir. Bəyəm bunu toydan əvvəl demək olmazdı?! Məhz toy günü bizi rüsvay etmək cəhdləri nəyə gərəkdi ki... Toxtadım, ağlamadım. Zatən ağlayan, hıçqıran qızıma baxanda ürəyim dağlanırdı. Mən ağlamağa başlasam, qızım lap depressiyaya düşərdi", - El Dorado Hills qəsəbəsində yaşayan Keri Dueyn söyləyib.
53 yaşlı Kerinin sözlərinə görə, oteldə iki zalın icarəyə götürülməsinə, yemək-içməyə 35 min dollar xərcləmişdilər.
Pullar "batmasın" deyə Dueyn ailəsi ləziz yeməklər və içkilərlə dolu masaların arxasına şəhərdəki evsiz-eşiksizləri dəvət edib.

OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan nefti BAHALAŞIB
Azərbaycan nefti BAHALAŞIB
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Konqoda Eboladan ölənlərin sayı açıqlandı
Konqoda Eboladan ölənlərin sayı açıqlandı