Azərbaycan İdeyası

6 ay fəhlə işləmişəm` - `Təhminə`nin Spartakı (VİDEO)

Tarix:25-01-2017, 10:23
Baxış Sayı:445

 6 ay fəhlə işləmişəm` - `Təhminə`nin Spartakı (VİDEO)

ARB TV-nin “Ömrün fəsilləri” verilişinə qonaq olan Əməkdar artist Füzuli Hüseynov maraqlı açıqlamalar verib.
“Təhminə” filmindəki “Spartak” obrazı ilə tanınan aktyor uşaqlığından və ailəsindən danışıb.
“Aktyorluğa mənim yox, qardaşımın həvəsi olub. İndi qardaşım diş həkimidir. Ədəbiyyata daha çox meyilli olduğum üçün incəsənətə gəldim. Valideynlərim qarşıma şərt qoydular ki, oxumalısan. Oxumasan fəhlə işləyəcəksən. Hansı sahəni seçməyim önəmli deyildi, təki təhsil alım. Dəcəl uşaq olmuşam. Birinci ili imtahandan kəsildim. Qayıdıb rayonda fəhlə işləməyə başladım, 6 ay çalışdım. Atam imkanlı idi, məni universitetə düzəldə bilərdi. Amma cəza vermişdi. Universitetə daxil olanda atam dedi ki, sən fəhlə işləməsəydin, indi qəbul olmazdın. Fəhləlikdən bezib oxumağa qərar verdim. Tələbə biletimi alıb gətirib anamla atama verdim, onda mənə inandılar”,-deyə o bildirib.
F.Hüseynov bildirib ki, universitetə daxil olması münasibətiylə atası ona avtomobilini verib: “Atam dedi ki, nə istəyir ürəyin de edim. Dedim maşının açarlarını və bir az pul ver. Verdi və 1 həftə evə gəlmədim, dostlarımla oldum. Evə gələndə isə dedi ki, belə davam etsən, universitetin birinci kursunu belə bitirməyəcəksən. Açarları aldı və aylıq pul göndərəcəyini dedi. Mən hətta küsdüm ki, bunlar üçün universitetə girmişəm, bunlar mənə gör nə edir”.



OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan nefti BAHALAŞIB
Azərbaycan nefti BAHALAŞIB
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Konqoda Eboladan ölənlərin sayı açıqlandı
Konqoda Eboladan ölənlərin sayı açıqlandı