Azərbaycan İdeyası

Trampdan qalmaqallı qərar - Sərhəddə divar tikilir (VİDEOXƏBƏR)

Tarix:25-01-2017, 16:19
Baxış Sayı:503


ABŞ-ın yeni prezidenti Donald Tramp hakimiyyətə gələn kimi Meksika ilə sərhəddə divar tikdirir.  Trampdan qalmaqallı qərar - Sərhəddə divar tikilir (VİDEOXƏBƏR)
Korrupsiya və Qanun saytı xarici KİV-ə istinadən xəbər verir ki, bundan əlavə Tramp 7 ölkədən miqrantların ABŞ-a girişinə qadağa qoymaq niyyətindədir.
Amerika mediasının yaydığı məlumata görə, qadağalar 4 ay çəkəcək. Seçki kampaniyası ərəfəsində müsəlmanların ABŞ-a girişinə mane olacağını deyən Tramp “Twitter” hesabında “Sabah beynəlxalq təhlükəsizlik üçün əhəmiyyətli gündür. Bir çox məsələlərlə birlikdə o divarı da inşa edəcəyik”, - deyə qeyd edib.
ABŞ prezidentinin bu gün verəcəyi qərarla sərhəddə divarın tikintisinə başlanacağı gözlənilir. Bu müddət ərzində Suriya, İraq, İran, Sudan, Liviya və Yəməndən olan qaçqınların ölkəyə girişinə qadağa tətbiq ediləcək.
ABŞ qanunlarına əsasən, prezident qaçqınların ölkəyə qəbulunu dayandıra bilər.



OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı