Azərbaycan İdeyası

Sərkisyana sərt cavab: “Ana çaya qarışan zəhərli...”

Tarix:31-01-2017, 11:26
Baxış Sayı:518

Unutmamalıyıq ki, nə vaxtsa ana çaya qarışan zərərli tullantılar onu tam yararsız hala sala və bütün yatağı  Sərkisyana sərt cavab: “Ana çaya qarışan zəhərli...”hürküdə bilər. Və ola bilsin ki, bunadək ondan ayrılan və hələ də torpaq qoxusu verən qollar məhv olanadək, heç olmasa, bir-iki kəndə həyat verə bilər.
Korrupsiya və Qanun saytı xəbər verir ki, bunu Ermənistanın keçmiş baş naziri Ovik Abramyan özünün Feysbuk səhifəsində Prezident Serj Sərkisyanın siyasi xadimlərin hakim partiyadan ayrılması ilə bağlı bəyanatına cavab olaraq yazıb.
Sərkisyan hakim Respublikaçılar Partiyasının toplantısında deyib ki, böyük çaylar bütün həyatı boyu inkişafı təmin edir, həyat, çörək və su verir. Ondan ayrılan qollar isə bir daha geri dönmür, quruyaraq yoxa çıxır.
Hakim Respublikaçılar Partiyasının sözçüsü Eduard Şarmazanov Azadlıq radiosunun Ermənistan xidmətinə müsahibəsində deyib ki, Sərkisyan hakim partiyadan ayrılanlara demək istəyir ki, sonları olmaycaq.
“Bu xəbərdarlıq yox, reallıqdır. Siyasi əsas və motiv göstərmədən və siyasi proqramı olmadan başqa yolla gedənlərin gələcəyini görmürəm”, - Şarmazanov deyib.
Şarmazanov hesab edir ki, partiya qarşıdan gələn seçkilərə prezidentin rəhbərliyi ətrafında daha sıx şəkildə gedəcəyindən daha da möhkəmlənəcək. Siyasi müşahidəçilərsə Abramyanın hakim partiyadan gedişini Sərkisyana ciddi zərbə sayırlar.
Bu arada Sərkisayanın Aprel döyüşlərindən sonra hökumətdə yenilik etməsi nəticəsində işsiz qalan keçmiş müdafiə naziri Seyran Ohanyan da Sərkisyana qarşı müxalifətə keçib, Şarmazanov Prezident Sərkisyanın Qaqik Sarukyanın yenidən siyasətə dönməsi barədə dediklərinə də toxunub. O deyib ki, prezidentin bəyantı göstərir ki, onlar Sarukyanın siyasətə dönməsini alqışlamır və onu siyasi səhnədə görmürlər.
“Bu həm də Sarukyanın prezident və hakim partiyanın planı ilə yenidən siyasətə dönməsi barədə deyilənlərin doğru olmadığını göstərir”, - Şamrazyan vurğulayıb.
Qeyd edək ki, keçmiş baş nazir və hakim Respublikaçılar Partiyasının sədr müavini Ovik Abramyan yanvarın 24-də hakim partiyanın sədr müavinliyindən istefa verib. Aprelin 2-də Ermənistanda növbəti parlament seçkisi keçiriləcək.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı