Azərbaycan İdeyası

Ermənistandan Rusiyaya sərt cavab

Tarix:11-06-2016, 17:36
Baxış Sayı:532

Ermənistandan Rusiyaya sərt cavab
"Özlərinə, öz abidə və tarixlərinə baxsınlar".

Qaregin Njdenin İrəvanda abidəsi qoyulub, çünki o, həqiqətən erməni xalqının milli qəhrəmanıdır.

APA-nın “Panarmenian”a istinadən verdiyi məlumata görə, bu sözləri Ermənistan parlamentinin vitse-spikeri Eduard Şarmazanov Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarovanın açıqlamasına münasibət bildirərkən deyib.

“Aleksandr Nevski, Alekandr Suvarov, marşal Kutuzov, Baqration qardaş rus xalqının milli qəhrəmanı olduğu kimi, Njde də erməni xalqının milli qəhrəmanıdır”, - deyə o qeyd edib.

Hakim Respublikaçılar Partiyasından olan deputat Marqarita Yesayan isə M. Zaxarovanın açıqlamasına daha sərt reaksiya verib.

O bildirib ki, Ermənistanın özünün qəhrəmanları, tarixi var və kimin abidəsini harada və nə zaman qoymaq Ermənistan Respublikasının öz işidir:
Ermənistandan Rusiyaya sərt cavab
“İstənilən məmur tərəfindən verilən istənilən açıqlama qəbuledilməzdir. Qoy özlərinə, öz abidə və tarixlərinə baxsınlar. Öz tariximizin sahibi yalnız biz özümüzük”.

Xatırladaq ki, ötən gün Rusiya Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə İrəvanda Qaregin Njdenin abidəsinin qoyulmasının Rusiya üçün anlaşılan olmadığını açıqlayıb.

Qeyd edək ki, 2014-cü ildə BMT Baş Assambleyası Rusiyanın təşəbbüsü ilə nasizmin qəhrəmanlaşdırılması ilə mübarizəyə dair qətnamə qəbul edib. Ermənistan həmin qətnamənin lehinə səs verib.

Bu il mayın 28-də isə İrəvanda III Reyxlə əməkdaşlıq etmiş, SSRİ-yə qarşı düşmənçilik fəaliyyəti göstərmiş Qaregin Njdenin abidəsinin açılışı olub.

Açılış mərasimində Ermənistan prezidenti və yüksək vəzifəli şəxslər də iştirak ediblər.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı